Elmar Məmmədyarov İƏT-in Baş katibi ilə görüşdü - FOTO

img

27-09-2018 [12:40]


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl-Useyminlə görüşüb.  

XİN-dən Mia.az-a verilən məlumata görə, görüş Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutub. 

Tərəflər arasında İƏT-Azərbaycan əlaqələri və əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları, İƏT-in Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Təmas qrupu və bu çərçivədə görüləcək tədbirlər, habelə İƏT-in dünyada sülh və təhlükəsizliyin qorunmasında BMT-nin strateji tərəfdaşı kimi rolunun artması məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA