Bu gün Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan görüşəcək - Nyu-Yorkda

img

26-09-2018 [10:17]


Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan Nyu-Yorkda görüşəcək.

Tərəflər görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesini müzakirə edəcəklər.

Görüş ATƏT-in Minsk Qrupu həmsədrlərinin (İqor Popov – Rusiya, Stefan Viskonti - Fransa və Endryu Şofer - ABŞ) vasitəçiliyi ilə BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutacaq.

Görüşdə həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşik də iştirak edəcək/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA