“Yaxın gələcəkdə Xəzərin cənubuna dair məsələnin həll olunacağını gözləyirik” - Rusiya XİN

img

19-09-2018 [14:12]


 Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiyanın müddəalarının icra olunmasına dair xüsusi işçi qrupunun beş Xəzəryanı ölkənin Xarici İşlər nazirliklərinin təşkilatçılığı ilə bu ilin noyabrda Bakıda keçiriləcək birinci iclasında dənizdə ilkin düz xətlərin bərpası üsullarına dair saziş müzakirə olunacaq. 

Bu barədə VI Xəzər Media Forumunda Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə elçisi İqor Bratçikov bildirib.

Diplomat qeyd edib ki, Xəzərin cənub hissəsinə dair məsələlər Xəzər sahili və qonşu dövlətlər arasında iki və üçtərəfli formatda beynəlxalq hüquq prinsipləri əsasında müzakirə olunacaq: "Yaxın gələcəkdə Xəzərin cənubuna dair məsələnin həll olunacağını gözləyirəm”.

Rusiya diplomatı həmçinin Xəzər İqtisadi Forumunun gələn il Türkmənistan Prezidentinin təşəbbüsü ilə təşkil olunacağını və daha sonra mütəmadi tədbirə çevriləcəyini diqqətə çatdırıb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA