19-09-2018 [09:48]
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.
Mia.az xəbər verir ki, toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.
”Veysəloğlu Qrup” MMC-nin "bolgexeber.com” xəbər saytına qarşı müraciətini arşdıran komissiya müəyyən edib ki, xəbər portalının dərc etdiyi "Veysəloğlu Şirkətində daha bir rəzalət-işçi bıçaqlandı” yazısında Jurnalistlərin Peşə Davranışı Qaydalarının prinsipləri pozulub. Material hazırlanarkən, şişirdilmiş, isbatı olmayan məlumatlara istinad olunub, təhqiramiz ifadələr işlədilib. Portal təmsilçisi material hazırlanarkən "tələskənliyə yol verildiyini” etiraf edib və təkzib verməyə hazır olduğunu bildirib. Bundan sonra portal təmsilçisinə materiallar hazırlanarkən, Etik Kodeksin prinsiplərinin pozulmasına yol verməmək yönündə tövsiyyələr verilib.
”Veysəloğlu Qrup” MMC-nin "24 saatxeber.com” protalına qarşı şikayəti araşdırılarkən, eyni mənzərə üzə çıxıb. Portal əməkdaşı şirkət barədə material hazırlayarkən, subyektiv mülahizələrini önə çəkib, lazımi araşdırma aparmayıb. Portala MŞ tərəfindən tövsiyyə edilib ki, Etik Kodeksin prinsiplərinə diqqətlə yanaşılsın.
Avropa Azərbaycanlıları Konqressinin İdarə Heyətinin sədri Sahil Qasımovun xəbər portalına qarşı müraciəti də araşdırılıb. Komissiya müəyyən edib ki, portal əməkdaşları «AAK-nin prezidenti Sahil Qasımov Azərbaycanın siyasətinə zidd hərəkət edir» başlıqlı yazını hazırlanarkən, qarşı tərəfin mövqeyi öyrənilməyib; materialdakı ittihamedici fikrilərin reallığı araşdırılmayıb. Xəbər saytına tövsiyyə edilib ki, materiallar hazırlanarkən, Jurnalistlərin Peşə Davranışı Qaydalarının prinsipləri nəzərə alınsın, diaspor kimi ümummilli məsələlərə xüsusi həssaslıq göstərilsin.
İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının nümayəndəsi Habil Babayevin "dogruxeber.az” saytına qarşı şikayəti tərəflər arasında razılıq əldə edildiyi üçün, öz xahişlərinə əsasən gündəlikdən çıxarılıb.
"Bakı-Xəbər” qəzetinin əməkdaşı Məhəmmədəli Qəriblinin "demokratik.az” saytının rəhbəri Osman Rzayevə qarşı müraciətini araşdıran komissiya müəyyən edib ki, dərc edilmiş yazılarda Jurnalistlərin Peşə Davranışı Qaydalarının prinsipləri kobud şəkildə pozulub: qeyd edilən materiallarda təhqir, böhtan halları ilə yanaşı, təhdidlər, hədələr də əks olunub. MŞ adından "demokratik.az” saytına qarşı ciddi xəbərdarlıq edilib.
Salyanda avtomobil və mal oğrusu tutulub
Xankəndidə silah və sursatlar aşkarlanıb
Bakcell ilə innovasiya dövrü başladı - FOTOLAR
Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
Azərbaycan və Almaniya prezidentləri bağda gəzişərək səmimi söhbət ediblər - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
“Neftçi”nin şikayətinə "yox" deyildi