"Qalatasaray" - "Fənərbaxça" matçı harada keçiriləcək?

img

10-07-2013 [15:57]


Türkiyə Superkubokunun "Qalatasaray" - "Fənərbaxça" matçı Makedoniyada keçirilə bilər.Türkiyə mətbuatının verdiyi məlumata görə, əvvəlcə "İstanbul Atatürk" stadionunda keçirilməsi planlaşdırılan matçın türklərin də çox yaşadığı Makedoniyanın paytaxtı Skopyedə oynanılması iddia olunur.

Artıq bununla bağlı Türkiyə Futbol Federasiyasının (TFF) Makedoniya Futbol Fedarasiyası (MFF) ilə danışıqlara başladığı bildirilir.

Xatırladaq ki, TFF avqustun 11-də baş tutacaq bu qarşılaşmanın Azərbaycanda keçirilməsi üçün AFFA-ya müraciət etmişdi. Lakin AFFA vaxt azlığını əsas gətirərək təklifi qəbul etməmişdi.

Qeyd edək ki, MFF özü də Superkubok matçının Skopyedə keçirilməsi üçün TFF-yə müraciət etmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA