Deputatdan jurnalistin xəstəliyinə ironik münasibət: "Bəli, Rəsul Quliyevə deyil, məhz ilham Əliyevə..."

img

09-07-2013 [02:28]


Tanınmış jurnalist, teleqraf.az saytının baş redaktoru Nicat Dağların səhhətində ciddi problemlər yaranması barədə məlumatlar yayıldı. Bu xəbər hamını ciddi narahat edir və həmkarımızın sağalması üçün müxtəlif yollar axtarılır. Onun daxili və xarici qanaxmalarının yaranması qeyd olunur. Nicat Dağların dostları, yaxınları onun müalicəsinə yardım göstərilməsi üçün ölkə rəhbərliyinə müraciət hazırlayırlar. Mia.az Hafta.az-a istinadən xəbər verir ki, bu xəbərlər yayılanda isə heç gözlənilmədiyi halda millət vəkili Etibar Hüseynov (eyni zamanda həmkarımız-red.) öz facebook səhifəsində bu sözləri yazdı: ?Taleyin ironiyası - bir vaxtlar Rəsul Quliyevin bir MALADESi üçün Heydər Əliyevin xəstəliyi ilə bağlı ironik, tərbiyəsiz və təhqiramiz yazılar yazan jurnalist Nicat Dağların yaxınları ona yardım etmək ücün prezident İlham Əliyevə müraciət etməyə hazırlaşırlar. Bəli, Rəsul Quliyevə deyil, məhz İlham Əliyevə. İbrətamizdi. Allah şəfa versin. Ramazan ayı xatirinə rəhm etsin?. *** Tanınmış jurnalist, teleqraf.az saytının baş redaktoru Nicat Dağların səhhətində ciddi problemlər yaranıb. Bu barədə onun yaxınları məlumat verib. Onun daxili və xarici qanaxmaları yaranıb, daha sonra müayinə zamanı qanının tərkibinin parçalandığı, nəticə olaraq ciyərinin, dalağının zədələndiyi, fəaliyyətlərində çatışmazlıqların olduğu aşkarlanıb. Onun durumu kritik həddə çatdığı üçün yaxınları Nicat Dağları müayinə üçün Gürcüstana aparıblar və orada analizlər verilib. Hələlik onun dəqiq diaqnozu açıqlanmayıb, həkimlər ciddi qan xəstəliyindən şübhələnirlər. İlkin müayinələr zamanı jurnalistin qaraciyərində çatışmazlıqların olduğu təsdiqlənib. Həmkarımız hazırda gürcü həkimlərin təyin etdiyi müayinələrdən keçir. Nicat Dağların dostları, yaxınları onun müalicəsinə yardım göstərilməsi üçünölkə rəhbərliyinə müraciət hazırlayırlar. Eyni zamanda gərəkən xərcləri önləmək üçün bank hesabı açmaq və marafon təşkil etmək qərarına gəlinib. Yaxın vaxtlarda marafonla bağlı məlumat veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR