Millimiz FiFA reytinqində irəlilədi

img

04-07-2013 [02:38]


FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Azərbaycan millisi bir pillə irəliləyərək 117-ci pilləyə qalxıb. DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Portuqaliya 7-ci (-1), Rusiya 17-ci (-6), İsrail 64-cü (-2), Şimali İrlandiya 111-ci (+5), Lüksemburq isə 141-ci (+4) yeri tutur. Qardaş Türkiyənin milli komandası reytinqdə bu dəfə üç pillə geriləyərək 57-ci yerə düşüb. Reytinq siyahısına əvvəlkitək İspaniya millisi başçılıq edir. Almaniya millisi isə ikincidir. Argentina isə bir pillə geriləyərək üçüncü yeri itirib. Onu siyahıda dörd pillə irəliləyişə nail olan Kolumbiya yığması əvəzləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA