Mircavadov: ?Malta klubundan top buraxmaq yaxzı hal deyil?

img

03-07-2013 [03:50]


arımızın ilk mərhələni keçəcəyini əvvəldən demişdim. Dünənki oyunlar da fikrimdə yanılmayacağımdan xəbər verir?. Bunu Qol.Az saytının müxbiri ilə söhbətində Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov ?Qarabağ? və ?Xəzər Lənkəran?ın Avroliqanın ilk təsnifat mərhələsindəki oyunları haqda danışarkən deyib. ?Qarabağ?ın ilk mərhələni keçəcəyini vurğulayan təcrübəli mütəxəssis komadalarımızın səfərdən sərfəli nəticə ilə dönməsini qeyd edib və bildirib ki, futbolçularımız ilk oyunun nəticəsini unutmalıdır. ?Qarabağ?ın səfərdə ?Metallurq?a 1:0 hesabı ilə qalib gəlməyi növbəti mərhələyə keçəcəyindən xəbər verir. Ancaq cavab oyunlarında futbolçular rahat oynamamalıdır. Ola bilər ki, ilk oyundakı nəticə onları qane edir. Ancaq getdikcə oyunu artırmaq lazımdır. Növbəti oyunlara daha məsuliyyətlə çıxmaq lazımdır. Çünki tədricən rəqiblər çətinləşəcək. Avropada uğur qazanmaq üçün çol çalışmaq və sürətli oyuna üstünlük vermək lazımdır?. A.Mircavadov ?Xəzər Lənkəran?ın səfərdə Maltanın ?Slima? klubuna qalib gəlməli olduğunu deyib: ?Xəzər Lənkəran?ın səfərdən 1:1 hesabla dönməsi hələ heç nə demək deyil. Ancaq komandamız qalib gəlməli idi. Çünki rəqib Malta komandası idi. Maltada futbolun səviyyəsi bizdəkindən aşağıdır. Bu, komandaların oyununda da özünü göstərməli idi. Malta klubundan top buraxmaq yaxşı hal deyil. ?Xəzər Lənkəran? qalib gəlsəydi, həm də UEFA-nın reytinq cədvəlində də irəliləyərdik. Belə oyunlarda futbolçularda güclü motivasiya olmalıdır. Bundan çox şey asılıdır. Ola bilsin, ?Xəzər Lənkəran? futbolçuları oyuna tam hazırlaşa bilməyib. Həm də, onlarda çempionatın yorğunluğu da qala bilər. Bütün bunlara baxmayaraq, ?Xəzər Lənkəran?ın da növbəti mərhələyə keçəcəyinə inanıram?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA