Rüstəm ibrahimbəyov Abbas Abbasovun tədbirinə niyə getməyib?

img

01-07-2013 [02:35]


Milli Şuranın prezidentliyə vahid namizədi, məşhur kinorejissor Rüstəm İbrahimbəyov Rusiyada diaspor fəaliyyətini dondurub.Məlum olub ki, R.İbrahimbəyov Rusiya azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti ?AzerRos?un Federal Şurasının iyunun 28-də Moskvada keçirilən ilk toplantısına qatılmayıb. ?Qafqazinfo? xəbər verir ki, R.İbrahimbəyov həmin gün Moskvada olsa da iclasda iştirak etməyib. Onun ?Azer-Ros?un iclasına getməməsi Milli Şuraya sədrlik etməsi və müxalifətin prezident seçkisində vahid namizədi olmağa razılıq verməsi ilə bağlıdır. Bildirilir ki, ?Azər-Ros?un Ağsaqqallar Şurasının sədri, baş nazirin sabiq birinci müavini Abbas Abbasovla R.İbrahimbəyov arasında yeni razılaşma əldə olunub. Razılaşmaya əsasən R.İbrahimbəyov Azərbaycanda prezident seçkiləri yekunlaşanadək ?Azər-Ros?un və ?Milyarderlər İttifaqı? kimi tanınan Rusiya Azərbaycan Təşkilatları İttifaqının iclaslarında iştirak etməyəcək. Bu addım isə Azərbaycanda hakimiyyətin təzyiqləri ilə üzləşən A.Abbasovu daha çox zərbə altında qoymamaq üçün atılıb. R.İbrahimbəyov ?Qafqazinfo?ya açıqlamasında ?Azer-Ros?un iclasında iştirak etmədiyini təsdiqləyib: ?Daha vacib işlərim və görüşlərim olduğuna görə iclasa gedə bilmədim. İndi mənin əsas işim Milli Şura və Azərbaycandakı prezident seçkiləri ilə bağlıdır. Diaspor fəaliyyətimə bir qədər fasilə vermək qərarına gəlmişəm? . Qeyd edək ki, R.İbrahimbəyov ?Azər-Ros?un Ağsaqqallar Şurasının və ?Milyarderlər İttifaqı?nın Koordinasiya Şurasının üzvüdür. Hər iki diaspor təşkilatı Bakının xoşuna gəlmir və hakimiyyət onlarla əlaqə saxlamır. Üstəlik bu təşkilatları özünə qarşı potensial təhlükə kimi görür. İddia edilir ki, bu təşkilatlar Rusiya tərəfindən Azərbaycan hakimiyyətinə qarşı istifadə olunur. Bu baxımdan R.İbrahimbəyovun Milli Şuranın sədri seçilməsindən sonra müxalifətin yeni birliyi ilə Rusiya arasında mümkün əlaqələrə dair iddiaların ortaya çıxmasına səbəb olmuşdu. Mətbuatda belə xəbərlər gedirdi ki, ?Milyarderlər ittifaqı? da R.İbrahimbəyovun namizədliyinə dəstək verə bilər. Hətta iyunun 28-də keçirilən toplantıda belə müraciətin qəbul oluna biləcəyi haqda xəbərlər var idi. Lakin belə görünür ki, R.İbrahimbəyov ən azından seçki dövründə A.Abbasovun rəhbərlik etdiyi diaspor təşkilatlarından məsafə saxlamaq qərarına gəlib. Bir tərəfdən doğrudan da siyasi mübarizəyə atılan məşhur kinorejissorun üzərinə vahid namizəd kimi ciddi öhdəliklər və vəzifə düşür. İndi onun öz vaxtını diaspor işlərinə sərf etməsi məntiqli olmazdı. R.İbrahimbəyovu Bakıda gözləyirlər və o, vahid namizəd kimi seçki fəaliyyətinə başlamaq üçün artıq gecikir. Digər tərəfdən R.İbrahimbəyov nəzərə alır ki, onun müxalifətin namizədi kimi A.Abbasovun rəhbərlik etdiyi toplantılara qatılmasından hakimiyyət dairələri istifadə edəcək.Əslində A.Abbasov özü də addım-addım Azərbaycan siyasətinə daxil olmaqdadır və o ən azı iki sərt siyasi bəyanatla çıxış edib. Bununla belə baş nazirin keçmiş birinci müavini hələ Azərbaycan siyasətinə birbaşa cəlb olunmayıb. Eyni zamanda R.İbrahimbəyovun diaspor fəaliyyətini dondurması onun ?Milyarderlər ittifaqı? ilə üzülüşməsi mənasını da vermir. ?AzerRos?un saytı isə iyunun 28-də keçirilmiş toplantı barədə xəbərləri, çıxışları yayıb.Bildirilir ki, Federal Şuranın toplantısında ?AzerRos?un prezidenti Asif Məhərrəmov, Ağsaqqallar Şurasının sədri Abbas Abbasov, təşkilatın vitse-prezidentləri, Moskva, İjevsk, Sankt-Peterburq, Kostroma, Yaroslavl və digər regional bölmələrinin rəhbərləri, fəxri qonaqlar qismində yazıçı Çingiz Hüseynov, bəstəkar Abdul Hüseynov və digərləri iştirak ediblər. A.Abbasov toplantıda çıxış edərək deyib ki, təşkilatın əsas vəzifəsi Rusiyadakı azərbaycanlıların rahat yaşayışına nail olmaqdır. O, regionlardakı diaspor təmsilçilərini öz həmvətənləri ilə daha fəal işləməyə, federal və yerli hakimiyyət orqanları qarşısında müxtəlif təşəbbüslərlə çıxış etməyə çağırıb. ?Biz müxtəlif millətlərin və dinlərin nümayəndələrinin yaşadığı çoxmillətli Rusiyanın bir hissəsiyik. Əsas vəzifəmiz təkcə öz xalqımızın deyil, dövləti quran millətin-rus millətinin də mədəni dəyərlərinə hörmət etməkdir?, - deyə, o, bildirib. A.Abbasov diaspor təşkilatlarının informasiya siyasətinə xüsusi dıqqət ayırmalı olduğunu bildirib. O, bu istiqamətdə fəal işləməyə, saytlar yaratmağa, iki informasiya resursuna malik ?AzerRos?la sıx işləməyə çağırıb. A.Abbasov həmçinin Rusiyanın bütün regionlarındakı diaspor birliklərini ÜATİ və ?AzerRos? kimi güclü təşkilatların ətrafında birləşməyə səsləyib. A.Abbasovun və toplantıda iştirak edən digərlərinin çıxışlarında Azərbaycandakı siyasi vəziyyətə və prezident seçkilərinə dair hər hansı qeyd yer almayıb. ?AzerRos?un saytı toplantıda fikir ayrılıqları və mübahisələr yaşandığına dair ötən şənbə günü Azərbaycanda bəzi saytların yaydıqları xəbərləri təkzib edir(musavat.com).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA