Müxalif liderlər Elçibəyi ziyarət etdilər

img

24-06-2013 [11:50]


Bu gün Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin anadan olmasının 75-ci ildönümüm münasibətilə Fəxri Xiyabanda onun məzarı ziyarət edilib. Anım tədbirində çoxsaylı insanlar, o cümlədən müxalifət partiyalarının rəhbərləri, Milli Şuranın üzvləri, ziyalılar və gənclər iştirak edib. Anım mərasimi Azərbaycanın milli himninin səsləndirilməsi ilə açıq elan olunub. Xatırladaq ki, Milli Azadlıq Hərəkatının Əbülfəz Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1992-ci il iyunun 7-də prezident seçilib və bir il sonra Bakını tərk edərək 1993-cü il iyunun 17-də Ordubad rayonunun Kələki kəndinə gedib. Uzun sürən ağır xəstəlikdən sonra o 2000-ci ilin avqustun 22-də vəfat edib(qafqazinfo).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA