31 qəzetə pul ayrıldı; 13 qəzetin hər birinə isə 60 min manat veriləcək

img

29-06-2013 [03:16]


Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının iclası keçirilib. Mia.az-ın xəbərinə görə, iclasın gündəliyinə iki məsələ daxil edilib: - 2013-cü ilin II yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi üzrə müsabiqəyə təqdim edilmiş layihə təkliflərinin müzakirəsi; - Növbəti il üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə şərtlərinə yeniliklərin edilməsi. İclası giriş sözü ilə açan Fondun Müşahidə Şurasının sədr müavini Vüqar Rəhimzadə gündəlkdə duran birinci məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. Vüqar Səfərli bildirib ki, 2013-cü ilin II yarımilliyi üzrə KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqəyə qatılmaq üçün Fonda 32 redaksiyadan layihə təklifi daxil olub. Sənədlər Müşahidə Şurasının üzvlərinə təqdim edilib. Təqdim edilmiş sənədlər ətrafında müzakirə aparan Müşahidə Şurasının üzvləri tiraj, yayım və dövrülük şərtlərini nəzərə alaraq, 31 qəzet redaksiyasına maliyyə yardımının ayrılmasına qərar veriblər (Müsabiqə qalibi olan redaksiyaların siyahısı aşağıda təqdim edilir). Bir redaksiyanın ("Bütov Azərbaycan? qəzeti) sənədlərinin isə müsabiqə şərtlərinə uyğun olmadığı aşkarlanıb. Gündəlikdə duran növbəti məsələni müzakirə edən Müşahidə Şurasının üzvləri bildiriblər ki, növbəti ildə müsabiqə şərtlərinə yeniliklər edilməsi vacibdir. Qərara alınıb ki, növbəti müsabiqə ilində müsabiqəyə qatılmaq istəyən KİV-lərin tirajının 2500, yayımının isə 1000 nüsxədən artıq olması şərtləri nəzərə alınsın. Bu barədə redaksiyalara müvafiq bilgilərin verilməsi qərara alınıb. 2013-cü ilin II yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi üzrə müsabiqənin qalibi olan redaksiyaların siyahısı 1. "Yeni Azərbaycan? qəzeti- 60 000 2. "Yeni Müsavat? qəzeti - 60 000 3. "Ayna-Zerkalo? qəzeti- 60 000 4. "Azadlıq? qəzeti- 60 000 5. "Səs? qəzeti - 60 000 6. "Kaspi? qəzeti - 60 000 7. "Mövqe? qəzeti - 60 000 8."Ədalət? qəzeti - 60 000 9. "525-ci? qəzet - 60 000 10. "Bakı-Xəbər? qəzeti - 60 000 11. "Olaylar? qəzeti- 60 000 12. "Ekspress? qəzeti- 60 000 13. "Palitra? qəzeti- 60 000 14."Paralel? qəzeti - 40.000 15."Həftə İçi? qəzeti - 40000 16."Azad Azərbaycan? qəzeti 40000 17. Şərq qəzeti -40000 18. "Xalq Cəbhəsi? qəzet - 40 000 19. "Futbol+Qol? qəzeti -40000 20. "Bizim Yol? qəzeti - 40 000 21. "Novoye Vremya? qəzeti - 30 000 22. "Futbol +? qəzeti - 30 000 23. "Üç Nöqtə? qəzeti - 30 000 24. "Olimpiya Dünyası?qəzeti - 20 000 25. "Oxu Məni? qəzeti - 15 000 26. "Azernews? qəzeti - 20 000 27. "Reytinq? qəzeti - 10 000 28. "Təhsil Problemləri? qəzeti - 8 000 29. "The Business Times? qəzeti - 8 000 30. "Hərbi And? qəzeti - 8 000 31. "Türküstan? qəzeti - 8 000#601;rinin maliyy

Digər xəbərlər
SON XƏBƏRLƏR