"Əks-səda? Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi ictimai Birliyi layihəsini baza çatdırıb

img

28-06-2013 [04:30]


"Əks-səda? Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi ?Şimal bölgəsində yaşayan əhalinin sosial vəziyyətinin tədqiqi? layihəsini başa çatdırıb. Layihə çərçivəsində Xaçmaz, Xudat və Şabran rayonlarında yaşayan əhali arasında sorğu aparılıb. Sorğuya cəlb edilmiş respondentlərin 58% -ni 18-35 yaş arasında , 30% -ni 35-55 yaş arasında, 12 %-ni isə 55- dən daha yuxarı yaşda vətəndaşlar təşkil edib. Respondentlərin 11%-i ibtidai, 65%-i orta, 24%-i ali təhsilli olub. 50 % respondentlər işsiz olduğunu göstərib, 10% -i daimi işi olan, 40 %-i günəmuzd işlərlə məşğul olduğunu bildirib. Gəlirlərlə bağlı respondentlərin 60%-i 200 manatadək aylıq gəliri olduğunu bildirib, 32% -i 500 manatadək, cəmi 8% -i isə 500 manatdan çox gəliri olduğunu bildirib. Qeyd edək ki, bu ailənin gəlirləri üzrə suala aiddir. Din sizin həyatınızda nə qədər önəmlidir? - sualına 75% müəyyən qədər, 20 % çox önəmlidir, 5 % heç önəmli deyil cavabını verib. Məlumatları daha çox haradan alırsınız?- sualının cavabından aydın olub ki, 71% televiziya və radio, 12 % internet, 17% qohum-qonşulardan deyə qeyd edib. Evində kompyüter olanlar cəmi 12 % təşkil edib, 88 xeyr deyə cavab verib. İnternetə çıxışı olanlar 12 % təşil edib, bunlarında 50% -dən çoxu telefonla internetə girdiyini bildirib. Sorğuya cəlb edilənlərin cəmi 5% -i İcra hakimiyyətinin keçirdiyi tədbirlərdə iştirak etdiyini bildirib, 95 % belə bir hadisə olmadığını göstərib. Sizin yaşadığınız məhəlləyə QHT-lər gəlirmi? - sualına 13 % müsbət cavab verib. Respondentlərin əksəriyyəti yəni 72%-i öz dolanışığını pis qiymətləndirib. Cəmi 8%-i əla, 20%-i isə yaxşı qiymətləndirib. Rayon üçün ən vacib 3 problem: işsizlik, məmur özbaşınalığı 0, ruşvət kimi göstərilib. Respondentlər hesab edirlər ki, yaxşı iş tapmaq üçün pul çox vacibdir 80%, adamı olmaq 10%, 10 % isə ağıl və bacarıqlarla mümkün olduğunu qeyd edib. Respondentlər yaxın gələcəklə bağlı optimistdirlər 65% yaxşı, 20 % pis, 10 % cavab verməkdə çətinlik çəkdiyini bildirib. Respondentlərin cəmi 15 %-i kreditlərə çıxış imkanını müsbət dəyərləndirib, 85%-i belə imkanlardan məhrum olduğunu söyləyib. 20 % respondent həftədə 1 dəfə ət yeməyi yeyə bildiyini söyləyib(quş əti istisna olmaqla) 65% ayda bir dəfə, 15 % olduqca lap gec-gec ət yediyini göstərib. Son dəfə istirahətə nə zaman getmisiniz sualına müsbət cavab verən respondentlər cəmi 5 % təşkil edib. Sorğuya cəlb edilmiş 300 respondent arasında teatra gedən 1 nəfər belə olmayıb. Gəlirlərinizin çox hissəsi hara xərclənir? - sualına cavab verənlərin 12%-i kreditlərə, 70 %-i yeməyə, 18%-i xeyir və şərə qeyd ediblər. Respondentlərin cəmi 40% seçkilərə qatılırsınızmı?- sualına müsbət cavab verib. Regionun Rusiya ilə yaxın olmasının isə respondentlərin fikrincə dolanışığa hər hansı bir təsiri yoxdur 73% , 27% isə hesab edir ki, bu xırda ticarət edənlərə kömək olur, pul qazanıb ailələrini saxlaya bilirlər. Yaxında yerləşən bahalı istirahət mərkəzləri əhalinin dolanışığına nə kimi təsir göstərir sualına respondentlərin cəmi 22 %-i müsbət cavab verib. Layihənin məqsədi şimal bölgəsində yaşayan əhalinin sosial vəziyyətini tədqiq etmək, vəzifəsi ölkədə aparilan çoxsaylı islahatların şimal bölgəsində yaşayan əhalinin həyatında nə kimi dəyişkənliklər yaratmasını müəyyən etməkdir. Təsadüfi seçmə üsulu ilə keçirilmiş sorğuya 300 respondent cəlb edilib. Sorgu keçirilən müddətdə intervüyer xırda və təsadüfi insidentlər istisna olmaqla ciddi maneçilik faktı ilə üzləşməyib. Sorğu aparılması nəzərdə tutulan 300 nəfərdən 40 nəfəri ( yəni lazım olan respondentin 12%-ə yaxın hissəsi) sorğuya qoşulmaqdan imtina edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR