Baz redaktor həbsxanadan xalqa müraciət etdi: Sevgililər Gününə sahib çıxın!

img

28-06-2013 [04:28]


Hazırda 10 saylı cəzaçəkmə müəssisəsində ?siyasi məhbus? olaraq saxlanılan, ?Xural? qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallı Sevgililər Günü ilə bağlı Azərbaycan xalqına müraciət ünvanlayıb. MİA-ya daxil olan müraciətdə deyilir: ?Artıq 11-ci ildir ki, ölkəmizdə 30 İyun ? Sevgililər Günü keçirilir. Əsrlərin o tayından süzülüb gələn saf sevginin və ərənlik nümunəsinin möhtəşəm örnəyi kimi əziz və müqəddəs şəhidlərimiz İlhamla Fərizənin ömür dastanları bu günün millətimizə qazandırılmasına sə?əb olub. 2003-cü ilin fevralından bu istiqamətdə insanüstü fəaliyyət göstərdik və ?Xural? qəzeti olaraq bu əziz günü millətimizin diqqətinə çıxara bildik. Azərbaycan gəncləri 30 İyunu bağrılarına basıb, onun arxasında dayanan mənəvi mahiyyəti anladı və Vətən-insan sevgisinin bu misilsiz nümunəsini başının tacı bilib, onu başının üstünə qaldırdı. Hər keçən il bir-birindən daha yaxşı qeyd olunmağa başladı Sevgililər Günü. Obyektiv səbəblərdən bu il ?Xural? qəzeti 30 İyun ? Sevgililər Gününün 10 illik yubileyini qeyd edə bilmir. Buna əsla üzülmürəm. Biz əziz şəhidlərimizdən artıq deyilik. Həm də bayırda bütöv bir millət, qoca bir məmləkət, dəliqanlı bir gənclik, milli-mənəvi dəyərlərə önəm verən demokratik mətbuat nümunələri var. Mən onlara və əslində bütün millətimizə müraciət edirəm. 30 İyun məsələsində iqtidar-müxalifət ayrılığı olmamalıdır, yoxdur. Bütün televiziya kanallarımızı, iqtidarlı-müxalifətli media orqanlarımızı 30 İyun hazırlıqlarına çağırıram. Bu möhtəşəm günü millətimizin adına layiq keçirmək üçün hamının səfərbər olunması Vətənimiz və dövlətimiz qarşısındakı müqəddəs borcumuzdur. İnanıram ki, 30 İyun ? Sevgililər Günü ümummilli mahiyyət qazanıb və onu millət bütünlüklə yenidən və bir daha bağrına basır. Qoy bizim həbsxana divarları arxasında qalmağımız hiss olunmasın ? axı 30 İyun bütün Türk və İslam dünyasının ən əziz bayramlarından biridir. Tərəqqipərvər Azərbaycan cəmiyyəti, qədirbilən Azərbaycan gənci, milli-mənəvi-demokratik dəyərlərə önəm verən Azərbaycan mətbuatı, milli televiziya əməkdaşları, qardaş və dost qəzetlər, bu müqəddəs günə və 30 İyun ? Sevgililər Gününə sahib çıxın, dəstək olun, inanın! Tanrı heç bir millətə belə gün göndərməyib! 30 İyun ? Sevgililər Gününüz mübarək olsun!?

Digər xəbərlər
SON XƏBƏRLƏR