"Fənərbaxça"nın cəzasının əsl səbəbləri bəlli oldu; Əziz Yıldırımın səhhəti pisləzdi

img

26-06-2013 [10:59]


UEFA Nizam İntizam Komitəsinin "Fənərbaxça"ya verdiyi cəzanın əsl səbəbləri yavaş-yavaş məlum olmağa başlayır. Türkiyə mətbuatının xəbərinə görə, danışılmış oyunlarla əlaqədər klubların Avropa Kuboklarında iştirakını bir illə məhdudlaşdıran UEFA-nın "Fənərbaxça"ya qalan 1+1 sistemi ilə cəza verməsinin səbəbi başqadır. Belə ki, İstanbul təmsilçisinin 2011-ci ilin may ayında avrokuboklarla əlaqədər doldurduğu iştirak formunda ortaya çıxan məhkəmə və Türkiyə Futbol Federasiyasının (TFF) qərarı ilə bağlı yalan bəyanatlar verməsi klubun bu cəzanı alması ilə nəticələnib. UEFA-nın baş katibi Gianni İnfantino 2011-ci il 23 avqustda TFF-ə göndərdiyi məktubda bununla bağlı bildirmişdir: "Xüsusilə klubun 2007-ci ildən indiyə kimi heç bir danışılmış oyunlarda olmadığı yönündə doldurduğu iştirak formunda yalan söylədiyi məlum olarsa, veriləcək cəza daha ağır olacaq". Qeyd edək ki, UEFA ötən mövsüm bu barədə qərarını hələlik vemədiyi üçün İstanbul klubu Avropa Liqasında iştirak edə bilmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA