isa Qəmbərin müzavirindən zok zikayət

img

26-06-2013 [07:09]


Müsavat başqanının müşaviri Yadigar Sadıqova qarşı Lənkəranda təxriibat planı həyata keçirilib. Özünü II qrup Qarabağ əlili Kərimov Rəşid Fərman oğlu kimi təqdim edən şəxs "Səs" informasiya agentliyinə məktub göndərərək yazırb ki, Cavanşir küçəsində yerləşən çayxananın qarşısından keçərkən çayxanadan çıxan Müsavat başqanının müşaviri Yadigar Sadıqov və daha 2 nəfər məsləkdaşı onu küçə söyüşləri ilə təhqir etməyə başlayıblar. Hadisənin nədən baş verdiyini, müsavatçıların on qarşı aqressiyasının səbəblərini göstərməyən "zərərçəkən" qeyd edir ki, adları çəkilən şəxslər onu ictimaiyyətin gözü qarşısında təpikləməyə başlayıblar, sonra sifətimə yumruqla vuraraq al qana boyayıblar və yerə yıxaraq ciddi bədən xəsarətləri yetiriblər. "Zərərçəkən" iddia edir ki, onun paltarlarını da cırıb qoparıblar. R.Kərimov məktubunda inandığını bildirir ki, aidiyyatı təşkilatlar Qarabağ əlilinin harayına səs verəcəklər və Yadigar Sadıqov layiqli cəzasını alacaq. Yadigar Sadıqov isə hadisə barədə fikirlərini dünən öz Facebook səhifəsində yazıb: ?Bir az öncə çayxanada Comərd Qaya ilə çay içdiyim yerdə bir narkoman gəlib stolumuza oturdu. Guya hansısa müxalifətçinin ondan pul alıb qaytarmadığını əsas gətirərək müxalifəti söyməyə, məni təxribata çəkməyə başladı. Yaxın günlərdə belə hadisələrin baş verəcəyi haqqında artıq siqnal almışdım. İcra başçısı Taleh Qaraşov, polis rəisi Möhübbət Hüseynov, göndərdiyiniz nə narkomanlar, nə də öz səviyyənizdə olan digərləri məni əqidəmdən və yolumdan döndərə bilməzlər. Nə şirnikləndirmə, nə qorxu bu yoldan məni döndərə bilməz. Tutulsam da, döyülsəm də, öldürülsəm də dilimdə bir kəlmə olacaq: Azadlıq!!!?. Bu gün isə Y. Sadıqov daha həmin narkomanın sifətinin, bədəninin döyülmüş, göyərmiş şəklini mediada görəndən sonra qeyd edib ki, onun həbs etmək üçün torba tikildiyi anlaşılır: "Öncədən deyirəm, kimsəni döyməmişəm, kimsəyə xəsarət yetirməmişəm. Mənim təxribata getmədiyimi görərək göndərən adamlar özləri döyüblər deyəsən. Hamısı yalandır, qurama işdir?. Belə güman olunur ki, Y.Sadıqova qarşı bu addımlar onun Lənkəranda göstərdiyi siyasi fəallıqla,eləcə də sosial şəbəkələrdə sərt və prinsipial mövqeyi ilə bağlıdır(musavat.com). Mia.az-ın xəbərinə görə, Y.Sadıqov hadisəni tamamilə rədd etməklə yanaşı, bu qurama oyununda ryonunn icra başçısı Tleh Qaraşovla polis rəsi Mşhübbət Hüseynovun rolunu yüksək sayır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA