ALP də jurnalisti müdafiəsinə qalxdı

img

22-06-2013 [06:49]


ALP AzNews.az saytının əməkdaşı Bahar Rüstəmlinin ailə üzvlərinin təhqir olunması ilə bağlı bəyanat yayıb. MİA-ya daxil olan məlumatda bildirilir ki, AZNEWZ.AZ saytının əməkdaşı Bahar Rüstəmli mütəmadi olaraq Zərdab rayonunda vəzifəli şəxslərin özbaşınalığını sərt tənqid etmişdir. B.Rüstəmlinin haqlı və əsaslı tənqidlərinə dözməyən icra hakimiyyətinin nümayəndələri rayonun Alıbəyi kəndində yaşayan onun valideynlərinə qarşı bu günlərdə öyrədilmiş adamların hücumunu təşkil edib. Hücum edən şəxslər jurnalistin ailə üzvlərini təhqir edib, onun atasına fiziki xəsarətlər yetiriblər. Hücum planlı şəkildə həyata keçirilib və onlardan bir neçəsi vəzifəli şəxs olub. Basqın isə Zərdab Rayon İcra hakimiyətinin rəhbərliyinin təşəbüsü ilə həyata keçirilib. Məqsəd isə Zərdabda baş verən hər hansı bir hadisənin mətbuatda işıqlanmamasının qarşısını almaqdır. Basqınçılar jurnalistin ailəsinin yaşadığı evin qapısına qırmağa cəhd edib, atasının üstünə bıçaq çəkib, ailəni təhqir ediblər. Onlar ev sahibini ölümlə hədələyiblər. Basqınçı qrupa rəhbərlik edən şəxs jurnalistin atasına onu tapança ilə öldürəcəyini deyib. Baş verən basqınla əlaqədar DİN-nin yaydığı bəyanat həqiqətə deyil, Zərdab rayon icra hakimiyyitinin müdafisəinə yönəlib. DİN hadisənin günahkarlarını tapmalı və onların bu əməlinə görə hüquqi məsuliyyətə cəlb olunmasını təmin etməli idi. Jurnalist araşdırmasına görə ölkədə baş verən bu biabırçı olay ilk növbədə Azərbaycanda azad sözə qarşı hücumun göstəricisi sayıla bilər. Əgər bir ölkədə dövlət vətəndaşın qarantı ola bilmirsə, insanların həyatının qorunduğu məsələsindən danışmağa dəyməz. Hadisənin üzərindən bir neçə gün keçməsinə və hücum edən şəxslərinin kimliyinin bilinməsinə baxmayaraq, həmin şəxslərin heç biri məsuliyyətə cəlb olunmayıb. Ölkədə prezident seçkilərinə hazırlığın başlandığı bir dövrdə jurnalistin yazdığı araşdırmaya görə bu şəkildə təqib olunması ilk növbədə Azərbaycan dövlətinin beynəlxalq nüfuzuna zərbə vurur, vətəndaşlar isə onların həyatının hər an təhlükədə olduğunu hiss edir. Azərbaycan Liberal Partiası bəyan edir ki, hadisədə iştirak edən şəxslərin cəzalandırılmaması ölkədə xoşagəlməz presedentin genişlənməsinə səbəb ola bilər. Bu səbəbdən hüquq-mühafizə orqanları öz üzərinə düşən vəzifəni yubanmadan həyata keçirməli, jurnalistin normal şəkildə fəaliyyətini həyata keçirməsinə şərait yaratmalıdır. Azərbaycan Liberal Partiysı Zərdab rayonunda jurnalistin ailəsinə qarşı həyata keçirilən bu zorakılıq hadisəsini qətiyyətlə pisləyir və günahkarların təcili olaraq məsuliyyətə cəlb olunmasını tələb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA