Arzu Səmədbəyli: "Bizim namizədimiz..."

img

23-06-2013 [10:30]


Müxalifət düşərgəsini bir araya gətirən Milli Şuranın təsis olunmasından qısa zaman ötsə də, bu müd-dət ərzində qurum daxilində müxtəlif fikir ayrılıqları baş verib. Kompromis variantlar tapılsa da, Milli Şu-ranın vahid namizədinin kim olması məsələsi hələ də açıq qalır. Seçkiyə rəsmi start verilməsinə qalan vaxt daraldığında vəziyyət daha da qəlizləşir. Bu barədə söhbətləşdiyimiz Müsavat Partiyasının Məclis sədri Arzu Səmədbəyli isə Milli Şuranın yaradılmasının böyük hadisə olduğunu və qısa müddətdə bütün məsələlərin öz həllini tapacağını bildirib. - Uzun illərdir ki, müxalifətin belə geniş koalisiyası olmayıb. Xalqın arzusu idi ki, bütün qüvvələr bir araya gəlsin və bu hakimiyyətə qarşı birgə mübarizə aparsın. Hazırda bütün nəzərlər Milli Şuraya yönəlib, bü-tün diskussiyalar onun fəaliyyəti, perspektivi barədədir. İki gün öncə Milli Şuranın ilk sessiyası keçirildi. Çox gərgin, qaynar, maraqlı diskussiyalar oldu, müəyyən qərarlar verildi, komissiyalar yaradıldı, gələcəkdə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparıldı. Yəni, 2010-cu ildən sonra müxalifətin toparlanma mərkəzi İctimai Palata idisə, hazırda bu missiyanı daha geniş şəkildə Milli Şura öz üzərinə götürüb. Bildiyiniz kimi, tanınmış ziyalımız Rüstəm İbrahimbəyov Milli Şuranın sədri seçilib. Hakimiyyətin də son günlər apardığı əks-təbliğat kampaniyasını nəzərə alsaq, demək olar ki, Milli Şuranın yaradılması yerinə düşüb, hakimiyyəti xeyli dərəcədə qorxuya salıb. Artıq beynəlxalq aləmdə də Milli Şuranın tanınması prosesi gedir. Rüstəm İbrahimbəyovun Amerikadakı bir sıra görüşləri, Almaniya və Türkiyədə nəzərdə tutulan görüşlər nəticəsində Milli Şuranın daha geniş miqyasda tanınması prosesi həyata keçiriləcək. Bir sözlə, bu gün diqqət mərkəzində əsasən Milli Şuradır və bütün proseslər də onun ətrafında gedir. [b]- Arzu bəy, Milli Şura müxtəlif ideologiya daşıyıcısı olan qüvvələri bir araya gətirib. Amma bunun mənfi tərəflərindən biri də odur ki, qurum daxilində ciddi fikir ayrılıqları mövcuddur. Xüsusilə də vahid nami-zəd məsələsində vahid mövqedən çıxış edə bilmirsiz. Bu fikir ayrılıqları keçicidir, yoxsa qarşıdakı dövrdə daha da dərinləşə bilər?[/b] - Prosesləri dəqiq izləsəniz görərsiniz ki, ciddi fikir ayrılığı yoxdur. Milli Şuranın sədri məsələsində hər kəs yekdil fikirdə oldu və əksəriyyət tərəfindən bu ideyanın müəllifi kimi Rüstəm İbrahimbəyov quru-mun sədri qəbul olundu. Mən orda elə bir qarşıdurma görmədim. Bəli, iqtidar tərəfindən qarşıdurma təbliğatı aparılır. Qaldı ki fikir müxtəlifliyi, bu, indi var, hər zaman da olacaq. Yüz illik tarixi olan Müsavat Patiyasının Divanında, Məclisində də məsələlər müzakirə olunarkən müxtəlif fikirlər səslənir, hətta bəzən sərt diskussiyalar da olur, amma sonda nizamnamə və qaydalara uyğun olaraq, çoxluğun dəstəklədiyi qərar qəbul edilir. Bu qərarlar əsasında da fəaliyyət davam etdirilir. Milli Şurada da müxtəlif ideologiya daşıyıcısı - sağçı, solçu, islamçı, liberal və digər qurumlar bir aradadır. Bir aradaolma azad və ədalətli seçkilərin keçirilməsi, Azərbaycanda hüquqi, demokratik dövlətin qurul-ması uğrunda mübarizənin başlanğıcıdır. Eyni zamanda, korrupsioner, rüşvətxor, xalqa qənim kəsilən bu iqtidarın getməsi üçün, bu qüvvələr bir aradadır. ?ecə ki, yekdilliklə Milli Şuranın sədri seçildi, mənə elə gəlir ki, vahid namizəd məsələsi də müəyyən müzakirələrdən keçərək həll olunacaq. [b]- Ancaq son müzkirələrdə fərqli mənzərə yaranıb. Hazırkı vəziyyətdə Müsavat Partiyasının Rüstəm İbrahimbəyovun vahid namizəd olmasına birmənalı münasibəti yoxdur. Bu məsələdə tərəddüdləriniz nə ilə bağlıdır?[/b] - Əvvəla, yanvar ayının 4-də Müsavat Patiyası tərəfindən İsa Qəmbərin prezidentliyə namizədliyi irəli sürülüb. Yəni, hazırda İsa Qəmbərin prezidentliyə namizədliyi qüvvədə qalır. Milli Şuranın vahid nami-zəd məsələsi gündəmdədirsə, Müsavat Məclisi mütləq öz qərarına yenidən baxmalıdır. Ya əvvəlki qərar qüvvədə qalmalı, ya da hamının bir arada olması zərurətini qəbul edib ümumi namizədin müəyyənləş-məsi yönündə fəaliyyət qurulmalıdır. Ona görə də bunu Müsavatın nəyəsə mane olması, qarşıdurma yaratması kimi qələmə vermək yanlışdır. Həm başqanın, həm də bizlərin fikri ondan ibarətdir ki, müxali-fət bir arada olmalıdır, hakimiyyətə qarşı birgə mübarizə aparmalıdır. Bir də ki, Milli Şuranın vahid namizədi keçid hökuməti üçün nəzərdə tutulub. Bu məsələ ilə bağlı Rüstəm İbrahimbəyovun müraciəti oldu. Mənə elə gəlir ki, ortamı bir qədər rahatladan bir mövqe idi. Vahid na-mizədin mütləq ölkədə olması zərurətinin Rüstəm İbrahimbəyovun özünün dilindən səslənməsi gələ-cək müzakirələrin bir az da pozitiv olmasına təkan verəcək. Əgər bu müzakirələr, fikir müxtəlifliyi olma-saydı, maraqlı da olmazdı. Mənə elə gəlir ki, növbəti sessiyalarda bu məsələnin həlli mümkün olacaq. [b]- Milli Şuraya daxil olan bir sıra qurumlar, məsələn, ALP, "El" Hərəkatı, elə AXCP-nin özü də heç bir mü-zakirə aparmadan R.İbrahimbəyovun vahid namizəd olmasını təklif edirlər. Müsavatın müttəfiqlərindən fərqli mövqedən çıxış etməsi bir qədər qəribə görünür...[/b] - Səbəbini deyim. Səbəb ondan ibarətdir ki, həmin partiyaların heç biri rəsmi şəkildə prezidentliyə öz namizədlərini irəli sürməyiblər. Müsavat isə 6 ay bundan əvvəl prezidentliyə öz namizədini elan edib. Onların situasiyası ilə Müsavatın situasiyası tamam fərqlidir. Biz yekdilliklə bir qərar qəbul eləmişik, am-ma ötən müddət ərzində yeni situasiya yaranıb. Ona görə yeni bir qərar vermək üçün müzakirə aparıl-malı, qərara baxılmalıdır. Başqanın da, Milli Şurada təmsil olunan müsavatçıların da mövqeyinə uyğun bir qərar verilməlidir. Amma sizinlə razı deyiləm ki, Müsavat başqanı fərqli mövqe tutub. İsa Qəmbər "Mediaforum"a müsa-hibəsində deyib ki, keçid dövrü üçün heç bir partiyanın üzvü olmayan, hamının qəbul edə biləcəyi bir zi-yalının namizədliyinin irəli sürülməsini mümkün sayıb, indiki halda bu statusa Rüstəm İbrahimbəyovun uyğun gəldiyini deyib. Ona görə də bu sualınız yerinə düşmür. [b]- Mən İsa Qəmbəri yox, Müsavat Partiyasını deyirdim...[/b] - (Dinləmədən sözünə davam edir) Bizim digərlərindən fərqimiz odur ki, o qüvvələrin heç biri namizəd-lərini verməyib. Ona görə də namizədlə bağlı öz ümumi fikirlərini bildirirlər. Bizim də mövqeyimiz orta-dadır, amma konkret mövqeyimiz Məclisin qərarından asılı olacaq. [b]- Arif Hacılı isə deyir ki, İsa Qəmbər namizəd olmasa, Müsavatın prezidentliyə başqa bir namizədi ola-caq. Bəs bunu necə başa düşək? [/b] - Narahat olmayın, Məclisimizin iclası olacaq, partiyanın üzvləri xalqımızın, dövlətimizin maraqlarına uy-ğun qərar qəbul edəcəklər. Arif bəyin də narahatlığı şəxsi məqsəd daşımır. Onun dedikləri bütövlükdə hamını narahat edən məsələlərdir. Arif bəy də bu rejimdən əziyyət çəkən, həbsxana həyatını uzun müddət yaşayan çox azsaylı dostlarımızdandır. O da bu məsələlərlə bağlı özünün subyektiv düşüncələ-rini bildirib, yəqin ki, bundan sonra da bildirəcək, amma qərarlar Mclisdə qəbul edilir. Bu məsələnin mü-zakirəsi zamanı Məclisdə hansı mövqe daha çox üstünlük qazanacaqsa, təbii ki, Müsavatın ümumi qəra-rı o yöndə olacaq. İndiki halda görsənən odur ki, veriləcək qərar bütövlükdə hazırkı şərtlərə uyğun ola-caq. Bizim namizədimiz başqan İsa Qəmbərdir. Müsavat başqanının verdiyi mesajlar Milli Şuranın, bü-tövlükdə müxalifətin bu iqtidara qarşı birləşməsi, keçid dövrü üçün vahid namizədin müəyyənləşməsi-nə yönəlib və bu, qarşıdakı dövrdə öz həllini tapmalıdır. Mənə elə gəlir ki, növbəti Məclis bu məsələləri müzakirə edib uyğun qərar verəcək. Bir də, Müsavat YAP deyil ki, İlham Əliyev bir söz deyəndə, hamı o sözü xorla təkrarlasın. Demokratik təşkilatda müxtəlif fikirlər, müxtəlif baxışlar ola bilər. Hətta heç kəsin indiyə kimi dilə gətirmədiyi yeni təkliflərin gündəmə gəlməsi də mümkündür. Bütün bu məsələlər geniş müzakirə olunacaq və yekunda qərar nə olacaqsa, ona uyğun da mövqe sərgilənəcək. [b]- Arzu bəy, Milli Şura Rüstəm İbrahimbəyovun, yaxud başqa bir partiyalılığı olmayan ziyalının namizədliyi üzərində razılığa gələ bilməsə, Müsavatın mövqeyi necə olacaq?[/b] - Gəlin, prosesləri qabaqlamayaq. Müsavat Partiyasının mövqeyinin necə olacağı Məclisdə müəyyənlə-şəcək. İndidən bu məsələlərin necə olacağı ilə bağlı heç kim bir söz deyə bilməz. Həmin zamana qədər proseslərin necə gedəcəyini də proqnozlaşdırmaq mümkün deyil. Hazırda proseslər pozitiv yöndə ge-dir. Mənə elə gəlir ki, Milli Şuranın yaradılmasında Müsavatın necə pozitiv iştirakı, dəstəyi oldusa, vahid namizəd məsələsində də Müsavatın eyni mövqeyinin şahidi olacağıq. [b]- Müsavat başqa bir partiyanın namizədini dəstəkləyə bilərmi?[/b] - Müsavat Partiyasının prezidentliyə öz namizədi var və hazırda bu qərar qüvvədədir. Amma Milli Şura-nın vahid namizədi məsələsi ilə bağlı razılaşma əldə olunacaqsa, Məclisdə müzakirə aparıb bu barədə qərar verəcəyik. Bu namizəd də heç bir partiyanın nümayəndəsi olmayacaqsa, hər kəsin qəbul edəcəyi ziyalı olacaqsa, bu məsələdə də mövqeyimiz pozitiv olacaq. Hər halda son qərar partiyanın daxili müza-kirəsindən sonra veriləcək. Zaur ƏHMƏD

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA