?inter?-?Krasnodar? oyununda hakim vuruldu

img

22-06-2013 [10:15]


Avstriyada təlim-məşq toplanışında olan ?İnter? ikinci yoxlama oyununu keçirib. Kaxaber Tsxadadze yetirmələrini Rusiyanın Premyer Liqa təmsilçisi ?Krasnodar? klubu ilə oyunda sınayıb. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb. Qarşılıqlı hücumlar şəraitində keçən oyunun 72-ci dəqiqəsində rəqib qol vursa da, Vanderson ofsayda olduğuna görə dəqiq zərbəsi hesaba alınmayıb. Qeyd edək ki, ?İnter? və ?Krasnodar? arasındakı yoldaşlıq oyununda nadir hadisə baş verib. Matçın gedişində yan xətt hakimi bayılıb. Belə ki, Avstriyada keçirilən oyunun 75-ci dəqiqəsində Rusiya klubunun futbolçusu Joazinyo topu yana vurmaq istəyərkən zərbəsi yan xətt hakiminin başına dəyib. Matç dayandırılaraq, hakimi özünə gətirmək üçün tibbi yardım göstərilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA