Telejurnalistlərdən ev alacaq zəxslərin sənədlərində çatızmazlıq var - qanunsuzluq

img

21-06-2013 [12:54]


Paytaxtda jurnalistlər üçün tikilmiş binadan ev almaq istəyən televiziya jurnalistlərinin əksəriyyətinin namizdəliyi telekanallar tərəfindən Milli Televiziya və Radio Şurasına (MTRŞ) təqdim olunub. Mia.az Movqe.az-a istinadən xəbər verir ki, bunu MTRŞ-nın aparat rəhbəri Toğrul Məmmədov söyləyib. T.Məmmədov bildirib ki, əksər telekanallar öz namizədlərinin siyahısını MTRŞ-ya təqdim etsələr də, həmin namizədlərin hamısının sənədi tam olaraq təqdim edilməyib: "Elə telekanallar var ki, evə namizədlərinin siyahısını təqdim etsələr də, həmin namizədlərin tələb olunan sənədlərini toplayıb bizə göndərməyiblər. Bəzi telekannalrın namizədlərinin sənədlərində çatışmazlıqlar var". T. Məmmədov belə telekanalların arasında ATV-nin olduğunu söylədi. Onun sözlərinə görə, ATV kanalının namizədlərinin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən müvafiq çıxarışı təqdim edilməyib: "Bu sənədin təqdim olunması şərtdir. Çünki, Azərbaycan Mətbuat Şurasının açıqladığı şərtlərdə qeyd olunub ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən namizədin adına evin (mülkün) olmadığını təsdiqləyən sənədin əsli təqdim olunmalıdır. Hazırda proses gedir. Telekanalların öz namizədlərini və onların sənədlərini MTRŞ-ya təqdim etmələri üçün bu ayın sonunadək vaxtları var. Biz həmin sənədləri topladıqdan sonar KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna təqdim edəcəyik". Xatırladaq ki, iyunun 15-də Mətbuat Şurası Bakıda jurnalistlər üçün tikilmiş binanın mənzillərinin sahiblərinin müəyyənləşdirilməsi üzrə redaksiyalardan irəli sürülən namizədlərdən, eləcə də fərdi müraciət edənlərdən sənəd qəbulunu başa çatdırıb. Şura üzvü olan 27 gündəlik, 35 həftəlik və aylıq qəzetdən, 13 informasiya agentliyindən, 7 xəbər portalından və 5 jurnaldan 150 müraciət daxil olub. Bundan başqa 70 fərdi müraciət də qeydə alınıb?. Burada bir sual yaranır: axı, sənədlərin təqdimetmə vaxtı iyunun 15-dək idi. Bəs, telekanllara niyə belə güzəşt tanınır? Əgər Reyesti Xidmətinin sənədi MTRŞ tərəfindən Mətbuat Şurasının şərti kimi qəbul olunub, qanunsuzluq sayılırsa, niyə digər məsələdə (sənədlərin verilməsi üçün müəyyən olunmuş son tarix - 15 iyun) aliliiklərə əməl olunmayıb?

Digər xəbərlər
SON XƏBƏRLƏR