?Neymar çəkisini artırmalı və güclənməlidir?

img

20-06-2013 [02:58]


"Barselona"nın yeni transferi Neymar Braziliyanın Konfederasiya kubokunda Yaponiya və Meksikaya qarşı matçlarda vurduğu iki möhtəşəm qolla bərabər, qol ötürmələri və göstərdiyi oyunla indidən turnirə damğasını vurub. Braziliya millisinin dünya kubokunda əsas silahı olacaq 21 yaşındakı futbolçu yeni mövsümdən Messi, Xavi, İnyesta və daha bir çox ulduzla birlikdə, "Barselona"da hünərini nümayiş etdirəcək. Neymarın Avropada da uğur qazanması üçün isə o, daha da güclənməlidir. İyun ayında müayinədən keçən, 1.74 boya malik Neymarın 64.5 kq çəkisi olduğunu bildirən Kataloniya klubunun həkimi deyib: ?Neymarın Messinin ?Barselona?dakı ilk illərində olduğu kimi çəkisi yetərli deyil. Neymarın bir az daha çəki yığması və güclənməsi lazımdır". Braziliyalı hücumçu həmçinin , ölkəsində hökumət əleyhinə edilən etirazlara da dəstək verir. Bir çox futbolçunun əksinə, siyasi fikirlərini paylaşmaqdan çəkinməyən gənc ulduz deyib: "Ölkəmi sevirəm. Buna görə daha etibarlı, daha sağlam, daha dürüst və daha ədalətli Braziliya istəyirəm. Ölkəmi yalnız yaşıl meydanda təmsil edə bilərəm. Bundan sonra, etirazlardan aldığım ilhamla oyuna çıxacağam".

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA