FiFA ?Turan?ın 6 xalını sildi

img

19-06-2013 [11:27]


myer Liqasında yerini qoruya bilməyən ?Turan? növbəti zərbəni alıb. Tovuz klubu növbəti mövsümdə çıxış edəcəyi I diviziona -6 xalla başlayacaq. Bu da ?Turan?ın sabiq baş məşqçisi Naci Şensoyun onunla müqaviləsini birtərəfli şəkildə pozmağının qarşılığında kompensasiya vermədiyinə görə FİFA-nın çıxardığı qərarı ilə bağlıdır. Artıq dünya ali futbol qurumu bununla əlaqədar AFFA-ya rəsmi məktub göndərib və məsələyə İntizam Komitəsinin iclasında baxılıb. Qurumun sədri Tofiq Fətullayev məlumatı təsdiqləyib: ?Bəli, FİFA-dan Şensoya kompensasiyanın ödənilməməyi ilə bağlı FİFA-dan məktub almışdıq və buna iclasımızda baxdıq. Çıxarılan qərara əsasən ?Turan?ın 6 xalı silinib. Bu, başa çatan yox, növbəti mövsümə aiddir. Yəni komanda I divizionda mübarizəyə -6 xalla başlayacaq?. ?Turan?ın vitse-prezidenti Namiq Məstanov da qərarla bağlı məlumatlı olduqlarını bildirib: ?Bu, klubumuzun əvvəlki rəhbərliyinin dövründə olub. Şensoy FİFA-ya şikayət etmişdi və ona 120 min dollar təzminat ödənilməlidir. ?Turan?ın maddi durumunun, borclarının olduğu məlumdur. Biz həmin məbləği ödəyə bilmədiyimizdən, FİFA 6 xalın silinməyi ilə bağlı qərar çıxarıb. Bilirik ki, ordan göndərilən məktuba AFFA-nın İntizam Komitəsində baxılaraq məsələ rəsmiləşib. Ancaq həmin qərar bizə göndərilmədiyindən, 6 xalın başa çatan, yoxsa növbəti mövsümdən silinməyi haqda bixəbərik?. Qeyd edək ki, FİFA-nın 6 xalı silinməyi ilə bağlı qərarı və AFFA-nın İntizam Komitəsinin bunu təsdiqləməyi futbolumuzda ilk belə olay deyil. Ötən mövsümün sonunda ?Xəzər Lənkəran?ın braziliyalı sabiq futbolçusu Romulo Silvoya borcuna görə bu hal yaşanmışdı. Ancaq lənkəranlıların Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) şikayəti müsbət bəhrəsini verərək, 6 xalı qaytarılmışdı (apasport.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA