MMP: "ATƏT-in Bakı ofisi ikili standart yürüdür"

img

19-06-2013 [02:24]


Bu gün Muasir Musavat Partiyasında ATƏT-in bakı Ofisinin ölkədə partiyalar arasında yaratdığı ikili siyasətini pisləyən etiraz bəyanatı qəbul edilib. Bəyanatda deyilir: ?Muasir Musavat Partiyası ölkədə və dünyada baş verən bütün proseslərə öz münasibətini bildirmək üçün ölkədə fəaliyyət göstərən diplomatik korpusların rəhbərləri ilə görüşlər keçirməyə cəhd edir.Lakin bəzi ölkələrin nümayəndəliklərinin rəhbərləri Azərbaycana qarşı yürütdükləri ikili siyasət kimi,olkədə fəaliyyət göstərən siyasi partiyalara da eyni prizmadan yanaşmırlar.Dəfələrlə müraciətimizə baxmayaraq ATƏT-in Bakı Ofisinin rəhbərliyinin MMP funksionerləri ilə görəşə meyl etməməsi, partiya fəallarının hiddətinə səbəb olub. ATƏT-in Bakı ofisi Azərbaycanda hər hansı bir məsələni müzakirə etmək üçün ənənəvi olaraq maraq dairələrindən kənara çıxmırlar.Onlar əsasən öz ölkələrinin agenturasına çevrilmiş 2-3 radikal partiya rəhbərləri ilə görüşür,yerdə qalan partiyaların fikirləri ilə maraqlanmırlar.Təəssüflər olsun ki,bu ənənə illərdir davam etdirilir.Azərbaycanda keçiriləcək prezident seçkisi ərafəsind də ?Azad və ədalətli?seçki bəyanatı ilə çıxış edirlər lakin ,konstruktiv muxalifəti yox,radikal qüvvələri dəstəkliyirlər.Onun üçün Muasir Musavat Partiyası ATƏT-in bakı ofisinin bu ikiüzlü siyasətinə son qoymasını tələb edir.Əks təqdirdə həmin diplomatik korpusun ifşa edilib, Azərbaycandan çıxması üçün bütün mümkün vasitələrdən istifade etməyə qərarlıdır

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA