Rəsul Quliyev geri çəkildi; Sabiq spiker Milli Şuranın sədrinə dəstək verdi

img

18-06-2013 [12:28]


Azərbaycanın eks-spikeri, uzun illərdir Amerikada mühacirətdə yaşayan Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev Milli Şura sədri Rüstəm İbrahimbəyova dəstək verib. Mia.az xəbər verir ki, Milli Məclisin sabiq sədri Modern.az-a açıqlamasında üzvü oldğu Milli Şura və müxalifətin vahid namizəd məsələsinə toxunub: ?Milli Şuranın vahid namizədi barədə spekuliyasiyalar dolaşmaqdadır. Vahid namizəd Rüstəm İbrahimbəyov olmalıdır?. Qeyd edək ki, Modern.az-ın bir neçə gün öncə verdiyi məlumata görə, R.İbrahimbəyov ABŞ-a səfəri zamanı Rəsul Quliyevlə görüşüb. Görüşdə Milli Şuranın perspektivi və vahid namizəd məsələsi ətrafında geniş fikir mübadiləsi aparılıb. Onu da xtırladaq ki, Rəsul Quliyev hələ bir müddət əvvəl prezident seçkilərində iştirak edəcəyini bəyan etmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA