Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

img

05-06-2013 [04:04]


Milli Məclisin növbədənkənar sessiyasının birinci iclası iyun ayının 13-ü keçiriləcək. Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, plenar iclasın gündəli artıq məlumdur. Gündəliyə 7 məsələ daxil edilib. Miqrasiya məcəlləsi layihəsi 3-cü oxunuşda müzakirəyə çıxarılacaq; Azərbaycan Respublikasınının Miqrasiya Məcəlləsinin tətbiqi edilməsi və dövriyyəyə minməsi, bununla bağlı hüquqi tənzimləmə haqqında qanun layihəsi; İnzibati Xətalar və Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi ilə bağlı məsələlər; ?Ölçmələrin Vəhdətinin təmin edilməsi haqqında? qanun layihəsi 3-cü oxunuşda müzakirəyə çıxarılcaq; ?Gömrük Tarifi Haqqında? qanun layihəsi 3-cü oxunuşda müzakirəyə çıxarılacaq; İctimai İştirakçılıq Haqqında Azərbaycan Respublikasının qanun layihəsi isə 2-ci oxunuşda müzakirəyə çıxarılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA