Nuri Şahin "Qalatasaray"a getməyəcək

img

18-06-2013 [12:10]


Dortmund "Borussiya"sının futbolçusu Nuri Şahin növbəti mövsümdə də hazırkı klubunda çıxış edəcək. Türk əsilli futbolçunun meneceri Reza Fazeli onun "Qalatasaray"a transfer olunacağı ilə bağlı yayılan xəbərləri təkzib edib. "Radiospor"a açıqlama verən Fazeli yarımmüdafiəçinin Almaniya klubunda xoşbəxt olduğunu bildirib: "Qalatasaray"ın təklifi çox önəmlidir. Nuri də bu komandaya hörmət edir. Amma onun Dortmundda da işləri çox yaxşı gedir. Nuri yeni mövsümdə də "Borussiya"da çıxış edəcək". Qeyd edək ki, 25 yaşlı futbolçu müqavilə ilə "Real"a məxsusdur və "Borussiya"da icarə əsasında çıxış edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA