UEFA Superkuboku: "Bavariya" - "çelsi"-nun biletləri satıza çıxarıldı

img

15-06-2013 [01:21]


UEFA Superkuboku çərçivəsində keçiriləcək "Bavariya" - "Çelsi" matçının biletləri satışa çıxarılıb. UEFA-nın rəsmi saytında verilən məlumata görə, bilet satışı iyulun 5-i, Bakı vaxtı ilə saat 15:00-a qədər davam edəcək. Biletlərin qiyməti 3 kateqoriya üzrə qruplaşdırılıb. I kateqoriyada biletlərin qiyməti 130 avro, II kateqoriyada 90 avro, III kateqoriyada isə 50 avrodur. Çexiyanın paytaxtı Praqada keçiriləcək matçın biletləri yerli sakinlər üçün 8 avro, Avropanın digər şəhərlərindən gələnlər üçün 20 avro, qitədən kənar ölkələrdən gələn şəxslər üçün 35 avro olaraq müəyyənləşdirilib. Qeyd edək ki, "Bavariya" - "Çelsi" matçı avqustun 30-da, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA