Xədicə ismayılın ?Səs?lə növbəti məhkəməsi yekunlazır

img

13-06-2013 [12:43]


?Azadlıq? radiosunun əməkdaşı Xədicə İsmayılla hakim Yeni Azərbaycan Partiyasına yaxın olan ?Səs? qəzeti arasında son məhkəmə iclası iyunun 13-də keçiriləcək. Həmin günü jurnalistin şikayəti üzrə hakim Cəmilə Səfiyevanın qərarını elan edəcəyi gözlənilir. Bu barədə mia.az-a daxil olan məlumata görə, jurnalist X.İsmayılın qəzetə qarşı iddiasına Səbail Rayon Məhkəməsində baxılıb. Lakin jurnalistin sözügedən qəzetdə barəsində dərc olunan materialın təkzib edilməsi, şərəf və ləyaqətin, həmçinin işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməyib. Ona görə də, o, rayon məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verib: ?Hazırda Xədicə İsmayılın şikayəti Bakı Apelyasiya Məhkəməsində hakim Cəmilə Səfiyevanın sədrliyi ilə araşdırılır. Çox böyük ehtimalla hakim iş üzrə iyunun 13-də qərarını elan edəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR