100-ə yaxın redaksiyanın evsiz jurnalistləri mənzil almaq istəyir

img

12-06-2013 [07:00]


Dövlətin Bakıda jurnalistlər üçün tikdiyi binada mənzil almağa namizədlər müəyyənləşib. Mia.az xəbər verir ki, bunu ?Media forum? saytına açıqlama verən Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. Şura sədri qeyd edib ki, redaksiyalar öz namizədlərini müəyyənləşdirib: ?Mətbuat Şurası nümayəndələri 100-ə yaxın redaksiyanın iclasında iştirak edib. Namizədlərini müəyyənləşdirən mətbuat orqanlarından Mətbuat Şurasına sənədlər gəlir. Bu proses iyunun 15-nə kimi davam edəcək. Sonra sənədlər ümumiləşdirilib Prezident Administrasiyasına göndəriləcək. Redaksiyalarda iclaslar anlaşıqlı keçdi. Jurnalistlər bu məsləyə çox həssas yanaşdılar. İclaslarda şahid olduq ki, jurnalistlər doğrudan da evə ehtiyacı olan şəxslərin namizədliyini irəli sürür. Bu da jurnalistikada həmrəyliyin yüksək səviyyədə olduğunu göstərir?. Jurnalistlər üçün tikilmiş mənzillərin bölüşdürülməsi meyarlarına görə, son 3 ildə mütəmadi olaraq yayımlanan qəzet, jurnal, informasiya agentliyi və internet xəbər portalı həmin redaksiyada 3 il fəaliyyət göstərmiş və ümumilikdə 10 il jurnalistlik təcrübəsinə malik əməkdaşları namizəd irəli sürə bilər. Gündəlik qəzetlər və informasiya agentliklərinin 3-dək, həftəlik qəzetlər, jurnallar və xəbər portallarının 1 namizəd vermək imkanı var.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA