Mustafa Hacıbəyli azadlığa buraxıldı

img

12-06-2013 [04:35]


İyunun 12-də Müsavat Məclisinin üzvü Mustafa Hacıbəyli saxlandığı Abşeron Rayon Polis Şöbəsinin təcridxanasından azadlığa buraxılıb. Mustafa Hacıbəyli mayın 28-də Bakının Novxanı kəndində keçirilən bayram mitinqində tutulmuş, 15 sutka müddətinə azadlıqdan məhrum edilmişdi. O, xırda xuliqanlıqda təqsirli bilinib. ?Media forum? saytına danışan Mustafa Hacibəyli deyib: ?Həbs olunmağımın səbəbini Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günü Novxanıda keçirilən aksiyada fəal olmağımla, əlimdə meqafon şüarlar səsləndirməyimlə əlaqələndirirəm. Amma məni xuliqanlıqda ittiham etdilər. Əsas odur ki, azadlığa çıxdım, mübarizə davam edir. Həbs müddətində Abşeron Rayon Polis Şöbəsində bir müddət təzyiqlərə məruz qaldım. Ombudsman Aparatının mənim saxlanma şəraitimlə bağlı apardığı monitorinqdən sonra təzyiqlərə son qoyuldu?. Mustafa Hacıbəyli 1972-ci ildə Zaqatala rayonunun Tala kəndində anadan olub. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun politologiya fakültəsində ali təhsil alıb. Şərqi Avropada Demokratiyanın İnkişafı İnstitutunun layihəsi əsasında Polşada jurnalistika sahəsi üzrə ixtisaslaşıb. ?525-ci qəzet?in siyasət şöbəsinin müdiri, rus dilində çıxan ?Yeni Müsavat? jurnalının redaktoru, ?Yeni Müsavat? qəzetinin redaktoru, ?Demokrat? qəzetinin baş redaktoru olub. Qarabağ müharibəsinin iştirakçısıdır. Şuşa şəhərində Milli Qəhrəman Ramiz Qəmbərovun rəhbərlik etdiyi batalyonda hərbi xidmətdə olub. 1992-ci il mayın 8-də Şuşa şəhərinin müdafiəsi uğrunda döyüşlərdə ağır yaralanıb, III qrup müharibə əlilidir. İctimai Palatanın və Milli Şuranın üzvüdür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA