Arif Hacılıdan vahid namizəd məsələsinə etiraz

img

13-06-2013 [11:16]


?Müxalifətin vahid namizədinin yaxın günlərdə müəyyən olunması ciddi siyasi səhv olardı?. Bunu Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. Onun sözlərinə görə vahid namizədlə bağlı addımın atılması hakimiyyətin manevr imkanlarını artıracaq. ?Bir daha təkrar edirəm, müxalifətin vahid namizədi seçki gününə təqribən 1 ay qalmış müəyyən edilərək cəmiyyətə təqdim olunmalıdır?-deyə vurğulayıb. Müsavat rəsmisinin fikrincə, əks halda hakimiyyət mövsümi müxalifətçilərin boykot arqumentlərini artıran qərarlar qəbul etməklə 2008-ci il olaylarını təkrarlamaq imkanı qazanacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA