Ronaldo Mourinyoya cavab qaytardı

img

09-06-2013 [01:14]


Madrid "Real"ının futbolçusu Kriştiano Ronaldo sabiq baş məşqçisi Joze Mourinyonun onun haqqında söylədiyi tənqidlərə münasibət bildirib. Ronaldo həmyerlisinin dediklərinə önəm vermədiyini deyib: "Məni hazırda düşündürən tək şey milli komandamdır. Ancaq komandamın daha yaxşı pillələrdə olmasını istəyirəm. Bu cür tənqidlər isə hər zaman olacaq". "Real"la müqaviləsinin yeniləyib-yeniləməyəcəyi barədə də danışan portuqaliyalı futbolçu belə deyib: "Yaxın günlərdə rəhbərliklə razılığa gələrək müqaviləni yeniləyəcəyimi düşünürəm. Burada özümü çox yaxşı hiss edirəm". Qeyd edək ki, Joze Mourinyo Ronaldonun "ona deyilən tənqidləri qəbul etməyən və hər şeyi bildiyini düşünən futbolçu" olduğunu demişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA