Pənah Hüseyn Milli Şuradan getməsindən danızdı

img

07-06-2013 [01:19]


?Mən və adıçəkilən şəxslər Milli Şuranın ideyasını, platformasını içimizdə daşıyırıq. Həmin platforma uğrunda mübarizdə fəal iştirak etməyə hazırıq?. Bunu Modern.az-a açıqlamasında eks-baş nazir Pənah Hüseyn Milli Şuranın siyahısından imtina etməsi barədə bu gün ?Yeni Müsavat? qəzetinin baş redaktoru Rauf Arifoğlunun yaydığı məlumatı şərh edərkən bildirib. P.Hüseyn qeyd edib ki, Milli Şura da hələ təsis olunmayıb və o baxımdan siyahının tərkibi barədə danışmaq tezdir. Qeyd edək ki, Rauf Arifoğlu öz açıqlamasında özünün, habelə Hacı İlqar İbrahimoğlunun, Pənah Hüseynin və Arif Hacılının Milli Şurada təmsil olunmaqdan imtina etdiklərini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA