?Freedom House? Azərbaycanı tənqid edib

img

19-06-2013 [01:47]


Beynəlxalq ?Freedom House? təşkilatı post-sovet ölkələrində demokratiya reytinqinə dair ?Keçid dövründəki ölkələr - 2013? adlı yeni hesabatını açıqlayıb. Sənəddə keçmiş Sovet İttifaqının 12 ölkəsində demokratiyanın durumu 7 sahədə 1-dən 7-yə kimi reytinq üzrə müəyyən edilib. Bu ölkələrdən heç birində ən yüksək bal alan ölkə olmayıb. Yalnız Pribaltikanın üç respublikası-Estoniya, Latviya və Litva 1,96, 2,02 və 2,32 bal alıb. Hesabatda Azərbaycanın fərqli düşüncəyə dözümsüz yanaşan, vətəndaş cəmiyyəti və siyasi hüquqlara əhəmiyyət verməyən avtoritar rejim tərəfindən idarə edildiyi bildirilib. Azərbaycanın demokratiya üzrə reytinqi 6,64 kimi göstərilib. ?Freedom House? hesabatında Avrasiya məkanında 12 ölkədən Azərbaycan, Tacikistan və Belarus da daxil olmaqla 5-də vətəndaş cəmiyyəti azadlığı göstəricilərinin düşdüyünü qeyd edib. Təşkilat bunu bu ölkələrdə hüquq-mühafizə və qeyri-məhkəmə yolları ilə düşmənlərə qarşı təqiblələr izah edib. Bu ölkələr reytinqləri əsasında formalaşmış avtoritar rejimlər sırasında göstərilir. ?Bir qrup xarici ölkə QHT-ləri var ki, onları Azərbaycanda baş verən hadisələr qətiyyən maraqlandırmır. Həmin təşkilatlar əzəldən ölkəmizlə bağlı qərəzli mövqedədirlər və buna müvafiq hesabat hazırlayırlar?. Bunu SİA-ya millət vəkili Aydın Mirzəzadə "Freedom House"un Azərbaycanın vətəndaş cəmiyyəti göstəricisinə görə aşağı reytinqdə qeyd edilən "Keçid dövrü ölkələri-2013" adlı hesabatına münasibət bildirərkən deyib. Millət vəkilinin sözlərinə görə, "Freedom House"un hər il hazırladığı hesabatda yalnız il rəqəmi dəyişir: ?Azərbaycan öz müstəqillik illərində demokratik konstitusiyasını qəbul etdi və bir-birinin ardınca demokratik seçkilər həyata keçirdi. Ölkəmiz İnsan hüquq və azadlıqlarını nəinki elan etdi, hətta onu qəbul etdi. Bu gün ölkəmizdə söz, mətbuat azadlığı var və iqtisadi vəziyyət kifayət qədər güclənib. Azərbaycanda bu müddət ərzində cəmiyyətin ayrı-ayrı dövlət orqanları üzərində ictimai nəzarət formaları qəbul edilib. Amma bütün bunları nədənsə "Freedom House" kimi beynəlxalq təşkilatlar görməməzliyə vurur. Hesab edirəm ki, həmin təşkilat sadəcə olaraq bunları görmək istəmir. Bunun arxasında isə kimin və nəyin dayandığını ancaq təsəvvür etmək olar. Bu baxımdan düşünürəm ki, "Freedom House"un növbəti dəfə Azərbaycanla bağlı qara rəngdə verilən hesabatı tamamilə gözlənilən idi?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA