Rəsul Quliyevdən vahid namizəd tərəfdarlarına ironik cavab: "Raketimiz olandan sonra müzakirə edərik?"

img

04-06-2013 [01:57]


Azərbaycanın eks-spikeri, Açıq Cəmiyyət Partiyasının (ACP) lideri bir sıra siyasətçilərin Milli Şuranın seçkilərə vahid namizədlə qatılması haqda səsləndirdiyi fikirlərə münasibət bildirib. Milli Məslisin sabiq sədri Modern.az-a açıqlamasında vahid namizəd ideyası ilə bağlı səslənən təklifləri istehza ilə qarşılayıb. O bu barədə gedən müzakirələri ?İrəvanın raket atmaq istəyən? psevdovətənpərvələrin arzularına bənzədib. ?Bəzi hökumət rəsmiləri deyir ki, ?biz İrəvanı raket atəşinə tutacağıq?. Biri də deyir ?gəlin bir raket ataq?, o biri deyir ?10 raket ataq?. Nəhayət başqası ayağa qalxıb deyir ki, ?ağalar, bizdə İrəvana çata biləcək raket yoxdur?. Onda daha ağıllısı deyir ki, ?ya raket almalıyıq ya da özümüz düzəltməliyik?. İndi olar ki, biz İrəvana hava atmaqla məşğul olmayaq, başlayaq raket düzəltməyə??-deyə eks-spiker sarkazmla əlavə edib. Sonda R.Quliyev vahid namizədin müəyyənləşdirilməsi haqda ?indi biz də ?raketimiz? olandan sonra müzakirə edərik?-deyə bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA