Xalq Cəbhəsi isgəndər Həmidov və dindar məhbusla bağlı bəyənat verdi

img

29-05-2013 [10:29]


Azərbaycan Xalq Cəbhəsi Partiyası bu gün saxlanılan və az sonra buraxılan sabiq daxili işlər naziri İsgəndər Həmidovla dindar məhbus Tale Bağırzadə ilə bağlı bəyanat verib. Mia.az bəyənatı olduğu kimi təqdim edir: "Bu gün Azərbaycanın iki tanınmış şəxsi- keçmiş daxili işlər nazir İsgəndər Həmidov və ruhani alim, həbsxana həyatı yaşayan Tale Bağırzadə fiziki və mənəvi işgəncəyə tuş gəlib. Artıq adət halını aldığı kimi bu dəfə də işgəncəyə müəllifliyi insanların hüquqlarını, şərəf və ləyaqətini qorumalı olan dövlət orqanları edib. Şərlənərək zindana atılan Tale Bağırzadə orda da susmayaraq şərə qarşı göstərdiyi müqavimət hakimiyyəti narahat etdiyindən ?karsa? salınıb. Bu cəza tədbirinin siyasi sifariş olduğununu heç təcridxana rəhbəri də gizlətməyib. Vəkilinin verdiyi məlumatda göstəriliridi ki, təcridxana rəhbəri Tale Bağırzadəni zindandan yazıb ictimailəşdirdiyi tənqidi ruhlu yazılarına görə hədə gəlib, onu ölümlə hədələyib və namərdcəsinə əllərini bağlatdığı məhbusa qarşı fikizi güc işlədib. Günorta saatlarında isə Azərbaycanın keçmiş daxili işlər naziri İsgəndər Həmidov hüquq mühafizə orqanları tərəfindən oğurlanaraq aparılıb. Ona da saxlandığı yerdə müxalifətin 28 may mitinqində etdiyi çıxışlara görə təzyiqlər olunub. AXCP bildirir ki baş verənlər hakimiyyətin insanların kütləvi sürətdə fəallaşmasından təlaşlanın göstəricisidir. Sülalə rejimi üçün bu fəallıq təhlükə kimi qiymətləndirilir. Buna görə də ayrı-ayrı fərdlərə qarşı qeyri-sivil, qanunsuz, zorakı vasitələrdən istifadəylə cəmiyyətdə qorxu yatarmaq istəyirlər. Lakin, Azərbaycan hakimiyyəti dərk etmir ki, cəmiyyət bu cür yollarla qorudulmaq mərhələsini adlayıb. Bu vaxta qədər bu metodlar effekt vermədiyi kimi bundan sonra da səmərə verməyəcək. AXCP bəyan edir ki, qanunsuz və namərd davranışlar yalnız və yalnız Azərbaycan hakimiyyətinin əsaslarını dağıtmağa xidmət edə, cəmiyyətdə Əliyevçi idarəetməyə ikrah yarada bilər. Xalqın və onun avanqard hissəsinin mübarizəsi üçün bu cür xain əməllər qələbənin daha tez əldə olunması üçün daha bir vəsilə olacaqdır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA