AFFA-nın cavabı Türkiyədə təəccüb doğurdu: "Niyə imtina olundu?"

img

04-06-2013 [01:50]


"Qalatasaray" və "Fənərbaxça" komandaları arasında Türkiyə Superkuboku uğrunda bu il avqustun 11-də keçiriləcək oyunun Bakıda təşkil olunması ilə bağlı Türkiyə Futbol Federasiyasının müraciətinə AFFA cavabı qardaş ölkədə təəccüb doğurub. Qeyd edək ki, AFFA-nın yaydığı məlumatda deyilir ki, oyun gününədək qalan vaxtın məhdud olması nəzərə alınaraq, Türkiyə Superkuboku uğrunda qarşılaşmanın bu il Bakıda keçirilməməsi məqsədəuyğun sayılıb. Türkiyənin nüfuzlu mətbuat orqanları Azərbaycan tərəfinin bu cavabından narazı qalıb. Ölkənin ən nüfuzlu və tirajlı qəzetlərindən olan ?Hürriyyət? bununla bağlı yazısına ?Azərbaycandan Türkiyəyə şok cavab? başlığı qoyub. Yazıda AFFA-nın Türkiyə Futbol Federasiyasının xahişini rədd etdiyi bildirilib. Həmçinin qeyd edilib ki, AFFA-nın rəsmisi Mikayıl Nərimanoğlu buna qədər oyunun Bakıda keçirilmə ehtimalının böyük olduğunu söyləmişdi. "Türkiyə" qəzeti isə AFFA-nın bu addımına "Azərbaycan türk komandalarını istəmədi" başlığını qoyub. "Sabah" qəzetinin başlığı: "Azərbaycandan "Qalatasaray" - "Fənərbaxça" finalına rədd cavabı" "CNN-Türk": Azərbaycan "TFF-nin istəyini rədd etdi"

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA