ilqar Cahangir: "Bu gün Azərbaycanda real polis necədirsə..."

img

02-06-2013 [05:44]


Dövlət büdcəsindən yerli teleserialların çəkilişinə ikinci dəfə vəsaitin ayrılması mətbuatın diqqətini bu sahəyə yönəldib. Hətta əksər aktyorlar da bu məsələnin ictimailəşməsində maraqlıdırlar. Müxtəlif teleseriallarda rol alan sənət adamları, onlara vəd olunan qonorarın ödənilmədiyini də bildirirlər. Gənc Tamaşaçılar Teatrının keçmiş aktyoru, əməkdar artist İlqar Cahangirlə söhbətimiz də bu barədədir: - Seriallara çəkilən aktyorlar maliyyə vəsaitinin azlığından şikayətlənirlər. Məsələn, "Xoca" filmində çəkilən elə aktyorlar var ki, bir qəpik də qonorar almayıblar. Amma pullarını tələb etməyə cəsarətləri çatmır, arxada danışırlar. Mən isə belə aktyorlara deyirəm ki, bunları mənə niyə deyirsiniz, gedin, sizi seriala çəkən adamın yaxasından yapışın?! Bu cür giley-güzarı tez-tez eşidirəm. Lazım gəlsə, mən, hansısa seriala pulsuz da çəkilərəm. Amma bilim ki, yaxşı roldur, tarixdə qalacaq. Aktyorun iki ayağını bir başmağa dirəyib, konkret məbləğ tələb etməsi isə Azərbaycan reallığına uyğun deyil. [b]- Sizin üçün hansı daha rahatdır: teatr, yoxsa serial?[/b] - Teatr işdir, aktyorun günlük qidasıdır. Ruhun qidalanır, məşq edirsən. Özün də məşq etməsən, koridordan keçəndə kiminsə səsini eşidirsən. Amma serial sadəcə çörəkdir. Birinci dəfə bu məqsədlə 5, ikinci dəfə isə 6 milyon manat ayrılıb. Bir parça çörək naminə dua etməliyik ki, sağ olsunlar, bizə pul ayırdılar. Amma bu gün 11 min manata Azərbaycanın tarixi ilə bağlı ciddi bir film ortaya qoyan olsaydı, mən onun işini daha yüksək qiymətləndirərdim. [b]- Deyəsən, arzuladığınız filmin ssenarisini nə yazan var, nə də onu çəkən...[/b] - Ssenarini yazan da var, hələ onu ekranlaşdırmaq istəyən rejissor da. Amma bu işi təşkil edib ortaya çıxaran yoxdur. Gərək, dövlət başçısı desin ki, al bu 20 milyon manatı, Qarabağla bağlı elə film çək ki, dünya ayağa qalxsın?! [b]- Milli Məclisdə 2013-cü ilin dövlət büdcəsi ilə bağlı müzakirələr aparılanda, belə bir filmin ekranlaşdırılması məsələsi gündəmə gətirildi...[/b] - Bəs, niyə nəticə yoxdur? "Qorxma, mən səninləyəm" filmi var. ?ecə olur ki, belə bir filmin ikinci hissəsi çəkilir? Hardadı o film? Film ortada yoxdur, amma fakt budur ki, çəkilib. Ona nə qədər maliyyə vəsaiti xərclənib? Heç kəsin ona ayrılan büdcədən xəbəri yoxdur. Bu filmin büdcəsi 13 milyon manatdır. Bu qədər pul kinoya xərclənib? Hətta mən eşitmişəm ki, orada çəkilən aktyorlar qonorarlarını bir ildən sonra alıblar. Amma "Dolu" filminə 1 milyon 300 min manat vəsait xərclənib. Bu realdır? "Qorxma, mən səninləyəm" "Dolu"nun yanında heç nədir. [b]- "Qorxma, mən səninləyəm" filminin çəkilişində Polad Bülbüloğlunun da rolu olub...[/b] - Yuri Qusmana deyiblər ki, arada Azərbaycanı da təriflə. Beləcə, 13 milyon manat havaya sovrulub. Amma 13 milyon manatın 10 milyonu "Dolu" üçün sərf olunsaydı, ortaya möhtəşəm bir ekran əsəri çıxardı. Yenə də "Dolu" pis film deyil. Bu filmdə yaxşı səhnələr var. Mən "Dolu" romanını oxumuşam. Roman məni daha çox təsirləndirdi. Amma buna baxmayaraq, "Dolu"nun özündə də riyakarlıq var. [b]- Riyakarlıq deyərkən, nəyi nəzərdə tutursunuz?[/b] - "Dolu"da belə bir səhnə var: əsgərlər döyüş geyimindədir, qollarında da Azərbaycanın bayrağı. Amma icra başçısının başı üzərində Leninin şəkli asılıb. Bu nə deməkdir? Bu film Ağdamla bağlıdır. Ağdam hadisələri də 1993-cü ili əhatə edir. Lap olsun 1992-ci il. Yenə də soruşuram, Leninin şəkli icra başçısının kabinetindən niyə asılıb? Guya filmi bir az bədiləşdiriblər. Mümkün deyil, bu saxtakarlıqdır! Bu bizim ən yeni tariximizin təhrif olunmasıdır. Bunun adı riyakarlıqdan başqa bir şey deyil. Guya bunların hakimiyyəti dönəmində belə hadisələr baş verməyib. Ağdam hadisələrini bir az qabağa çəkiblər. Guya bu hadisələr 1991-ci ildə baş verib. 1991-ci ildə hansı müharibə olub? Şuşa, Kəlbəcər hadisələri əsasən 1992-ci ili əhatə edir. Əgər Leninin şəkli varsa, deməli, filmdəki hadisələr 1991-ci ili əks etdirir. Mənə Azərbaycanda bir icra başçısı göstərin ki, o, rayonundan çıxmaq istəmədiyi üçün başına güllə vurub, özünü öldürüb. Amma "Dolu"da icra başçısı özünü güllə ilə vurub öldürür. Buna baxmayaraq, Qarabağ müharibəsi mövzusunda effektinə görə "Dolu" kimi film yoxdur. Döyüş səhnələri yaxşıdır. Rejissor Elxan yaxşı işləyib. [b]- "Dolu" müxtəlif dillərə tərcümə olunub və ayrı-ayrı ölkələrdə nümayiş etdirilir. Hətta müəllif Aqil Abbas mətbuata açıqlamasında "Dolu"nun Taleh Heydərovun təşəbbüsü ilə tərcümə olunduğunu bildirib.[/b] - Etsinlər. Amma bunu Kamaləddin Heydərovun oğlu edir. Bir həqiqət var, amerikalı üçün o nə filmdir axı? Dünyada müharibə mövzusunda elə filmlər var ki, "Dolu"nun onlarla bir sırada dayanması mümkün deyil. Bu filmi olduğu kimi, yəni tariximizi real çəksəydilər, daha çox təsirli olardı. Əsəri xeyli bədiləşdiriblər. Bu, sıradan bir mövzu deyil, bizim ağrılı tariximizdir. Mən ilk dəfə "Dolu"nu oxuyanda hönkür-hönkür ağladım. Hətta bəzi səhnələri ikinci dəfə oxudum. Orada elə səhnələr var ki, inanmıram hansısa azərbaycanlı göz yaşı axıtmadan onu oxuya bilsin. O qədər səmimi yazılıb ki! Sadəcə, bu filmdə tarixi saxtalaşdırıblar. Əgər 10 milyonluq büdcə ayrılsaydı, ortaya daha böyük əsər çıxardı. Mən bilirəm ki, Elxanın ortaya qoyduğu film 1 deyil, bəlkə də 3 milyonluqdur. Bunu filmin texniki və iş üslubuna görə deyirəm. Bəzən elə danışırlar ki, guya Milli Məclisdə bunu bilmirlər. Milli Məclis guya ciddi qurumdur. Düşüblər serialların üstünə. 400 minə necə serial çəkəcəksən? Özləri də səviyyədən danışır, bayağılıqdan şikayət edirlər. Bayağılıq onların özündədir. ATV-də "Kabusun kölgəsi" adlı serial nümayiş olunurdu. Bu serialın 3-4 seriyasına baxdım. Daha doğrusu, məni bu seriala baxmağa dəvət etdilər. Bir gün küçədə bir nəfər mənə yaxınlaşıb dedi ki, o nə filmdir, çəkirsiniz? Dedi ki, fahişələrlə idmançıları bir yerə yığıb film çəkirsiniz. Hətta oradakı fahişənin adını da dedi. O serialda bir-iki aktyor var, vəssalam. Bunu ATV görmür? Demək istəyirəm ki, serialda oynayanların 90 faizi aktyor deyil. Bir dəfə bununla bağlı nəsə yazdım, dostlarım üstümə gəldi. ?eçə il dostluq etdiyim adam oğlunun toyuna məni çağırmadı... [b]- Sirr deyilsə, nə yazmışdınız?[/b] - Əkrəm Əylisli ilə bağlı qalmaqala münasibət bildirəndə dedim ki, 100 olimpiya çempionundansa, Əkrəm Əylisli mənim üçün daha qiymətlidir. İdmançı dostlarım incidi. Düzdür, mən onlarla hərdən görüşərdim, amma bundan sonra münasibətlərimiz tamamilə kəsildi. Onların arasında eləsi var ki, Əkrəmi tanımır. İndi Əkrəm düşməndir axı. Telekanallar bunu görmür? Görmürlər ki, o serialların səviyyəsi yoxdur? Efirə verməsinlər. Yalandan telekanallara çıxmaqla deyil ki... Hazırda 5 milyon manatın necə xərcləndiyi yoxlanılır. Deyirlər, yoxlama sonda gəlib elə yerə dirənib ki... Onlar arxası bərk olan prodüser mərkəzlərinə nə deyə bilərlər? Əgər serial axıra kmi çəkilibsə və bir adam heç nə deməyibsə, deməli, bunların arxası var. 3 belə serial çəkildi, baxdım. Belə səviyyədə olan seriallara kim baxacaq? "Pərvanələrin rəqsi" teleserialı ona görə sevildi ki, rejissor Rövşən İsak işini bilən adamdı, "Aktirsa" kimi filmi var. Bu adam film çəkib, işinə məsuliyyətlə yanaşmağı bacarır. Özü isə Aktyorluq fakültəsini bitirib, peşəkardır. Biz bir yerdə işləyəndə deyirdi ki, İlqar rolunu yaxşı oynayırsan, amma məntiqlə düz oynamırsan. Sən indi bu vəziyyətdə olmamalısan. Baxıram ki, düz deyir, bundan əvvəl mən harada olmuşam, nə eşitmişəm, bura niyə gəlmişəm... Fikirləşib görmüşəm ki, düz deyir. Deyir, yaxşı oynamaq o demək deyil ki, sən yaxşısan, yaxud da pis. Sən özünü yaxşı göstərə bilərsən, amma bu, düz deyil. Düzlüyü bilən rejissor var. Sadəcə, onlara səlahiyyət verilmir, əksəriyyəti evdə oturub. [b]- Deyəsən, serilların çəkilməsinə pul verənlər daha peşəkar mütəxəssislərlə işləmək istəmirlər. Bu nəyə görədir? [/b] - Ona görə ki, mütəxəssis onun dediyi ilə razılaşmayacaq. Rövşən İsak buna getdi, həm də biz özümüzü göstərməliydik. Mən bir dəfə yazdım ki, 22 illik teatr təcrübəmdə "Tarqovıy"dan başqa ərazidə məni tanıyan olmadı. Amma iki aylıq televiziya təcrübəm məni bütün Azərbaycana tanıtdı. Bu nə deməkdir? Xalqımız teatra gəlmir. Məni kim və harada tanımalıdır? Adım da var, istedadım da. [b]- Etiraf edirsiniz ki, istedadlı aktyorların çoxunu tanımır?[/b] - Tanımırlar, ona görə ki, efirlərimiz teatrları təbliğ eləmir. Kiminsə şəxsi geyimi teatrın nüfuzundan daha çox reytinq qazanır. Kiminsə alt paltarları, ayaqqabıları, geyimləri tamaşaçılar üçün daha maraqlıdır. [b]- Hazırda hansısa seriala çəkilmək üçün dəvət almısınız?[/b] - İki yerdən dəvət almışam. Ssenarilər müasir dövrü əks etdirir. Bu gün baş verən hadisələrdir, ailə, məişət məsələləridir. Başqa cür mümkün deyil axı. Mafiyadan çəkmək düzgün deyil. Bir neçə gün öncə birinin əlində pulemyot gördüm. Bu, düzgün deyil. Mən çəkildiyim rolda konkret hadisəni oynayırdım. Xarakter və hadisə. O obrazın xarakteri bu idi. Xarakter - məqsədə çatmağa gedən yoldur. Mən obrazda müəllim deyiləm. Əgər müəllim, həkim olsaydım, müəyyən cümlələrdən istifadə edərdim. Axı mənim obrazım kimdir? Dədəsinin hesabına ali təhsil alanın biri. Sadəcə, zamanın damarını tutan birisidir. Bilir ki, harada, kiminlə necə danışmaq olar. Hər obrazın öz dili var. Bizdə polis çəkirlər, baxanda adam dəhşətə gəlir. [b]- Niyə?[/b] - Azərbaycanda elə polis var? Bu gün Azərbaycanda real polis necədirsə, rolu elə də oynayacam. Komandirimin, rəisimin yanında "buyurun" deyəcəm, amma öz həmkarımla, özümdən kiçik rütbəli serjantla necə danışdığımı mən bilirəm. Polis necə danışır? Kobud, həyatda danışdığı kimi. Mən belə oynamasam, heç kəs mənə inanmayacaq. "Reytinq" qəzeti

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:05 11.09.2025

Trampın Minskə gedib