08-05-2013 [03:01]
Budəfəki müsahimiz həm də həmkarımız adlandırdığımız, artıq şou-biznesdə addımlarını möhkəmlətməyə çalışan jurnalist-müğənni Cavanşirdir. Müsahibimiz son dönəmlər fəaliyyəti ilə bağlı Əli Mirəliyev və digər müğənnilərin haqqında səsləndirdiyi fikirlərə ?OLAYLAR? vasitəsi ilə münasibət bildirib: ?Hər kəs qəlbində olan musiqini ifa edir. Əli Mirəliyev belə peşəkardısa, konservatoriyaya üz tutsun, onu müəllim kimi işə götürsünlər. Həmin təhsil ocaqlarında bildiklərini tələbələrə aşılasın. Əli Mirəliyev nə bu gün, nə də ki, dünən tələb olunan, sevilən müğənni olmayıb. Onun ifasında, səsində, hər şeyində qüsur var. Illərdir o, Hüseynağa Hadıyevi, Akif İslamzadəni yamsılamağa çalışmaqla populyar olmaq istəyib. İnsanın daxilində paxıllıq olanda o hiss həmin şəxsə irəli getməyə imkan vermir. Bu insan ömrü boyu irəli gedə bilməyib. İndi ona görə də gənclərə paxıllıq edir. Oksana da gözəl-göyçək xanımdır. Ürəyi istəyir oxusun. Əli Mirəliyev kimdir ki, Azərbaycan səhnəsində kiməsə qadağa qoysun?! Buna heç kəsin ixtiyarı yoxdur. Kiminsə atası səhnə tikməyib, səhnə yaratmayıb. Bu hər kəsin içindən gələn hissdir. Heç kəs qanunsuz hərəkət etmir, pis yola düşmür. Oxumaq məgər günahdır, ya səhvdir?! Burda nə var ki?! Əli Mirəliyev özünü peşəkar sayırsa gedib məktəblərdə dərs desin. Lakin o özünü apara bilmədiyi üçün təhsil ocaqlarında onu müəllim kimi işə qəbul etmirlər. Bu insan normal şəkildə qarşısındakına nəyisə başa sala bilmir. Sənətkar danışığı ilə, səsi ilə sənətkar olmalıdır. Mədəniyyət nümayəndəsi xüsusilə bu kimi məsələlərdə diqqətli olmalı, etik normaları gözləməlidir. Bu amilləri üstün tutan Flora Kərimova, Alim Qasımov, Zeynəb Xanlarova kimi sənətkarları qəbul edirəm. Amma Əli Mirəliyevin danışaraq kimisə təhqir etməyə haqqı yoxdur?.
-Hər kəs sənətə gələrkən daha da uğurlu addımlar atmaq üçün kimisə özünə müəllim seçir. Sizin bu sənətdə müəlliminiz kimdir?
-Sənətdə müəllimim özüməm. Dünya musiqisindən xəbərdaram. Estrada sözünün mənası pıçıltı deməkdir. Məcbur deyil ki, sən olmayan səsinlə qışqırasan. Əsas odur ki, hansısa sevgidən bəhs edən nəğməni pıçıltınla gözəl şəkildə dinləyiciyə çatdıra biləsən. Pıçıltıyla ifa etdiyim üçün auditoriyam bir, ya on nəfərdən ibarət olsa da mən oxuyacağam, milyonlardan ibarət olsa da oxuyacağam. Baba Vəziroğlunun ?Çinar mey əsməklə yıxılan deyil? sözünü mən də özümə rəhbər bilirəm. Onsuz da Əli Mirəliyev və onun kimilər danışacaqlar. Lakin onların heç biri mənə təsir edə bilməyəcək. Çünki mən öz yolumu, öz tərzimi dinləyiciyə çatdırıram. Əli Mirəliyev kimi kimisə yamsılamıram. Dünyanın hər bir yerində öz tərzi ilə tanınan ifaçılar var. Bu hər kəs tərəfindən də normal qarşılanır. Bircə bizim müğənnilər arasında ?filankəs jurnalistdir, niyə oxuyur?? ya ?mənim diapazonum böyükdür, onun diapazonu kiçikdir? deyə fikirlər yayılıb. Sənin diapazonun böyükdürsə buna uyğun mahnı oxuyub uğurlarını qazan da. Başqasının işinə niyə qarışırsan?
-Ümumiyyətlə maralıdır. Bəzən kimlərsə müğənni olmaq istəyir, istedadının olduğunu söyləyərək sənətə gəlirlər. Müəyyən müddət keçdikdən sonra həmin şəxslər artıq gözdən itir. Siz necə, belələrindən fərqli olaraq bu sənəti sonadək davam etdirməyi düşünürsünüz?
-Mən bu sahədəki addımlarım çox ciddidir. Hazırda da bu istiqamətdə musiqiçilərlə məşqlərimi davam etdirirəm. Yaxın günlərdə, təxminən yay aylaraında dənizkənarında gənc-peşəkar müğənni Mila xanımla konsert proqramını həyata keçirəcəyik. Ötən il də bizim konsertimiz olmuşdur. Konsert çərçivəsində həm Azərbaycan, həm də əcnəbi mahnılardan ibarət ifalarımızı təqdim edəcəyik.
-Başqa nə sürprizlər var?
-Musiqili müsahibə formasında olan yeni mahnı yazdırmışam. Mahnının mətnində jurnalist Cavanşirin müğənni Cavanşirə yaşadıqları ilə bağlı bəzi suallarını ünvanlayır. Müğənni Cavanşir də öz növbəsində bu sualları lazımi səviyyədə cavablandırır. Həmin mahnının sözləri Nurlan Hatəmoğlunun, musiqisi Hatəm Nəbioğlunundur. Sırf mənim üçün yazılan musiqili əsərə klip çəkməyi düşünürük. Bundan başqa öz adımı daşıyan sayt və yeni albom üzərində də müəyyən işlər aparırıq. İnşallah, bu yaya albomumu təqdim etməyi düşünürəm.
-Bu sahədə sizə kömək edən maddi dəstək necə, varmı?
-Maddi dəstəyim ancaq ailəmdir. Öncələr jurnalist kimi bir neçə qəzet və saytlarla əməkdaşlıq edib qazanc əldə edirdim. Jurnalistikanı artıq çatdıra bilmirəm. Bunun üçün gərək beyin hər zaman informasiya ilə dolu olsun. Hər zaman informasiya alıb-ötürməyim yaradıcılığımı ikinci plana keçirirdi. Mən isə bunu istəmədiyim üçün yaradıcılığımı önə keçirərək qardaşım, atamın dəstəyi ilə işimi davam etdirirəm. Sözsüz ki, buna görə maddi sıxıntılar var. Bildiyiniz kimi Azərbaycanda bir mahnının aranjemanı üçün təxminən 1500 manat tələb olunur. Xarici ölkələrdə bu rəqəm daha da yüksəkdir.
-Yəni, bundan sonra artıq jurnalistika ilə məşğul olmayacaqsınız...
-Jurnalist hər şeydən xəbərdar olmaq deməkdir. Amma Allahın mənə mahnı yaza bilmək, ifa etmək istedadını niyə gizlədim? Jurnalistika bir peşə idi. Bununla məşğul olduğum üçün heç də peşman deyiləm. Jurnalistika müğənnilikdən də böyük, hörmətli sənətdir. Sadəcə olaraq istedadımı içimdə boğub saxlamamaq üçün jurnalist kimi yəqin ki, bir daha fəaliyyət göstərə bilməyəcəyəm. Mahnılarım ifa olunduqda, işıq üzü görəndə rahat oluram. Çünki mahnılarım mənim övladlarımdır. Bu mahnıları dinləyici ilə bölüşəndə özümü xoşbəxt hesab edirəm.
-Necə oldu ki, birdən-birə jurnalistikadan imtina edərək müğənni olmağı planlaşdırdınız?
-Bu birdən-birə olmadı. Mənim bu vaxtadək yazdığım bir neçə bəstəm də var. Hələ jurnalistikada olduğum dönəmdə Elnur üçün türk musiqisi üslubunda yazdığım ?Elə eyni?, ?Qəlbim sənindir? mahnılarım böyük dinləyici auditoriyası toplaya bildi. Hər kəs Səidə Sultanın səsinin olmadığını deyirdi. Onun səsinə, üslubuna uyğun yazdığım ?Tənha idim? mahnısı bir daha onun haqqında səsləndirilən fikirlərin yanlış olduğunu göstərdi. Bu mahnı ilə o səsi olduğunu bir daha sübut etdi. Daha sonra Səidə üçün ?Maşın?, Xuraman Şuşalı üçün ?O, o? adlı mahnı yazdım. Bu mahnılar ifaçılarına böyük uğurlar qazandırdı. Bundan başqa cənab prezidentimiz üçün ?El oğlu? adlı böyük layihəmi gerçəkləşdirdim. Bu mahnının söz və musiqisi də mənə aid idi. Daha sonra özüm üçün yazmağa başladım. İlk olaraq ?İmtahan? adlı mahnımı ifa etdim. Daha sonra bəstəkar Valeh Əhmədin iki ?Nə istəyirsən?, ?Sevgi mələyi?, Elvin Musayevin ?Evli birisən? mahnısını illər öncə oxuyaraq ona klip də çəkdirmişdik. Bu mahnılar insanlar tərəfindən seviləndən sonra oxumağa qərar verdim. Lakin insanlar məni qəbul etsə də, müğənnilər qəbul etmək istəmədi. Onlara görə, mən elə jurnalist olaraq da qalmalıyam. Bu mənim içimdə olan istedaddır, niyə də ifa etməyim?! Məni qəbul etsələr də, etməsələr də ifa edəcəyəm. Bu Allah-təalanın işidir. O, bizi sevdirəcəksə sevdirəcək. Sevdirməsə belə, yolumdan yenə də dönməyəcəyəm.