II Qəbələ Kuboku Portuqaliyaya getdi; Kəmaləddin Heydərov finalı canlı izlədi

img

01-06-2013 [09:48]


Bu gün 15 yaşadək futbolçulardan ibarət komandalar arasında II Qəbələ Kubokuna yekun vurulub. Turnirin son günündə 4 matç baş tutub. ?Qəbələ? 7-ci yer uğrunda oyunda ?Zenit?lə qarşılaşıb. Əsas vaxtı 1:1 hesabı ilə başa çatan oyunu penalti seriyasında ?Qəbələ? qazanıb ? 4:2. ?Beşiktaş? isə 5-ci yer uğrunda qarşılaşmada ?Bakı?nı yenib ? 3:1. 3-cü yer uğrunda oyunda ?Barselona? və ?Şaxtyor? qarşılaşıb. Kataloniya təmsilçisi 2:0 hesablı qələbə qazanaraq, üçüncü yerin sahibi olub. Turnirin final oyununda isə ?Portu? ilə ?Feyenoord? qarşılaşıb. Matçın əsas vaxtı 2:2 hesab ilə başa çatdığından qalib penalti seriyasında müəyyənləşib. Bu zaman 4:2 hesablı qələbə qazanan Portuqaliya klubu II Qəbələ Kubokunun qalibi olub. Onu da qeyd edək ki, Portuqaliyanın ?Portu? və Hollandiyanın ?Feyenoord? klubları arasındakı oyunu fövqəladə hallar naziri, ?Qəbələ?nin prezidenti Tale Heydərovun atası Kamaləddin Heydərov da canlı izləyib. Qeyd edək ki, ötən il keçirilən I Qəbələ Kubokunu ?Qalatasaray? qazanmışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA