Fəzail Ağamalı da prezidentliyə namizəd ola bilər

img

30-05-2013 [01:25]


Hakimiyyətyönlü Ana Vətən Partiyası (AVP) prezident seçkilərində öz namizədi ilə mübarizə aparacaq. Bu barədə Modern.az-a partiyanın sədri, deputat Fəzail Ağamalı bildirib. Hazırda partiya daxilində seçkilərə hazırlıq işlərinin aparıldığını deyən F.Ağamalı namizədlərinin qurultayda bəlli olacağını bildirib. ?Seçkilərlə bağlı hazırlıqlarımız davam edir. Bizim partiyamızın seçkilərdə namizəd olacaq. İyun ayında qurultayda bilinəcək namizədimiz kim olacaq. O, ki qaldı mənim namizədliyimi mən deyə bilmərəm, partiya qərar verəcək?. Qeyd edək ki, F.Ağamalı açıqlamasa da partiyanın onun namizədliyini irəli sürəcəyi bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA