Əli Həsənov prezident seçkiləri ilə bağlı danızdı

img

29-05-2013 [04:44]


Özündə 600-dən çox qeyri-hökumət təşkilatını birləşdirən Milli QHT Forumu Azərbaycanda keçiriləcək növbəti prezident seçkilərində İlham Əliyevi dəstəkləyəcək. Bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. Mia.az SalamNews-a istinadən xəbər verir ki, PA rəsmisi Bakıda Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Azərbaycan Milli Qeyri Hökumət Təşkilatları Forumunun təşkilatçılığı ilə, ?QHT sektorunun inkişafı məqsədilə ictimai müzakirələrin təşkili? mövzusunda keçirilən tədbirdə QHT sektoru təmsilçilərinin İlham Əliyevi dəstəkləməsini yüksək qiymətləndirib. Ə.Həsənov deyib: "Əminik ki, Azərbaycanda növbəti prezident seçkiləri tam şəffaf və demokratik keçiriləcək. Hər bir seçiciyə öz iradələrini sərbəst bildirməsi və seçkilərdə sərbəst iştirak etməsi üçün şərait yaradılacaq. Azərbaycanda QHT sektoruna dövlət tərəfindən böyük dəstək verilir. Bunun nəticəsidir ki, Azərbaycanda vətəndaş cəmiyyəti və QHT təmsilçiləri ölkə daxilində və xaricində çox aktiv fəaliyyət göstərirlər.?

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA