Aykut Kocaman istefa verdi

img

29-05-2013 [03:35]


Fənərbaxça"nın baş məşqçisi Aykut Kocaman istefa verib. 48 yaşlı mütəxəssis klub prezidenti Aziz Yıldırım və digər rəsmilərlə görüşdən sonra belə qərara gəlib. Onunla Yıldırım arasında səbəbi məlum olmayan gərginliyin yarandığı və bundan sonra Kocamanın ?Artıq yoruldum, istefa verirəm? dediyi üzə çıxıb. Qərardan öncə baş məşqçi İngiltərənin paytaxtı Londonda olub. O, Aziz Yıldırımla münasibətləri soyuq olan Ali Yıldırımla birgə Çempionlar Liqasının finalını izləyib. Klub prezidenti bundan qəzəblənib. Əvvəlcədən isə Kocamanla Aziz Yıldırım arasında transferlərlə bağlı məsələdə fikir ayrılığı olub. Klub prezidenti qardaşının da ?Fənər? rəhbərliyindən istefasını istəyib. Məsələyə bu gün aparılacaq danışıqlardan sonra tam aydınlıq gələcək. Kocamanın da qərarını dəyişdirib-dəyişdirməyəcəyi böyük maraqla gözlənilir (lent.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA