Mourinyonun sevimli futbolçusu üz çevirdi

img

28-05-2013 [01:03]


"Real"ın qapıçısı Dieqo Lopes Joze Mourinyonun mövsümün sonunda komandadan ayrılacağı və özünün Madrid klubunda qalıb-qalmayacağı haqda danışıb. 31 yaşlı qolkiper portuqaliyalı mütəxxəssisin "Real"dan ayrılmasının komanda üçün böyük bir itki olduğunu deyib: "Mourinyo möhtəşəm bir məşqçidir. Onunda karyeramda çox böyük rolu olub". Qapıçı qeyd edib ki, Mourinyonun getməsinə baxmayaraq, komandada qalacaq: "O olmasa da, mən burda qalacağam və Kasilyasla əsas heyətə düşmək uğrunda mübarizə aparacağam. Qapıçılar arasında rəqabətin olması çox yaxşıdı. Mən hər zaman komandam üçün ən yaxşısını etməyə çalışmışam. Burada olduğum üçün çox xoşbəxtəm". Qeyd edək ki, Dieqo Lopes Mourinyonun sevimli futbolçularından olub. Onun bu il ?Real?a gəlişindən sonra Kasilyas ehtiyata göndərilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA