Müasir Musavat Partiyasında Respublika Günü qeyd edildi

img

27-05-2013 [05:51]


Bu gün Muasir Musavat Partiyasının mərkəzi qərargahında Respublika Günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə partiyanın İdarə Heyəti,Qadınlar və Gənclər təşkilatının fəal üzvləri həmçinin dəvət olunan qonaqlar iştirak edib. Tədbiri giriş sözü ilə açan Hafiz Hacıyev bu gün münasibəti ilə hamını təbrik edib və sözü partiya funksionerlərinə verib.Çıxış edənlər təməli Məmmədəmin Pəsulzadə tərəfindən qoyulan və 95 illik bir şanlı tarıxə sahib olan Azərbaycan xalqına bu yolun davamında uğurlar və daimilik arzu ediblər. Sonra Muasir Musavat Partiyasının sədri Hafiz Hacıyev öz ürək sözlərini deyib; ?Bu il mayın 28 də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 95 ili tamam olur.Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış AXC istiqlaliyyətimizi élan etməklə xalqımızın əzmini nümayiş etdirmişdir. Banisi Məmməd Əmin Rəsulzadə olan və çox qısa bir vaxtda süquta yetirilən,70 ildən sonra yenidən öz müstəqilliyini bərpa edən bu xalq öz şanlı keçmişi ilə fəxr etməlidir.Azərbaycan Xalq Cumhuriyyətinin qurulması ölkəmizin çoxəsirlik mübarizəsinin və milli oyanışının məntiqi nəticəsi kimi meydana çıxmışdır ,süqutundan 70 il sonra yenidən meydanlarda bərpasına nail olunmuşdur. H.Hacıyev ?İllərdir musavatçılıq ideyasını inhisara almağa cəhd edən və musavatçılığa heç bir aidiyyatı olmayan siyasi alverçi Qəmbərov İsa bu gün yenə Musavatçılıq ideyasına xəyanət etməyə çalışır. 70 ildən sonra yenidən müstəqil olmuş Azərbaycan müstəqil dövlətinə Rusiyanın müəyyən dairələrinin əli ilə xəyanət edir.O, öz bolşevik babalarının əməllərini davam etdirərək bu müstəqilliyi devirməyə cəhd edir. Biz bu cür siyasi satqınlara heç vavt imkan verməyəcəyik ki,Azərbaycanı çətinliklə əldə etdiyi müstəqilliyi devirsinlər. Biz axırınçı qanımızı tökənə qədər bunun üçün mübarizə aparacağıq.?deyərək çıxışını bitirib. Sonra tədbirdə iştirak edən qonaqlara söz verilib.bununla da tədbir başa çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA