Müasir Musavat Partiyası Seçki Qərargahını yaratdı

img

22-05-2013 [03:19]


Bu gün Müasir Musavat Partiyasının İdarə Heyətinin toplantısı keçirilib. Toplantıda təşkilatı məsələlər,ölkədə və dünyada ictimai-siyasi vəziyyət, seçkiyə hazırlıq, qarşıda duran vəzifələr və cari məsələlər barədə müzakirələr aparılıb. Toplantıda yeni seçilən təkilat şöbəsinin müdrü və İmişli, Sumqayıt rayon təşkilatının sədrləri İdarə Heyəti tərəfindən təsdiq olunub. Ilk öncə sədr müavini Fazil Yusubov gündəlikdə duran 2013-cü ildə prezident seçkilərinə hazırlığın gedişi və qarşıda duran məsələlər haqqında danışıb və görülən işlər haqqında məlumat verib.Seçki ilinin önəmini vurğulayan sədr müavini hamının qarşısında duran vəzifələrin önəmindən də söz açıb.Məntəqələr üzrə 3 nəfərdən ibarət özəklərin təcili təşkil edilməsini deyən Fazil müəllim bunun seçki marafonunda, imzatoplama ,görüşlər və reklam kampaniyalarını həyata keçirmək üçün ən vacib məsələlərdən biri olduğunu deyib . Daha sonra MMP sədri Hafiz Hacıyev çıxış edib.Partiya sədri də bu seçki ilində hadisələrin xeyli gərginliyindən ,xariçi təzyiqlərin artmasından,sabitliyin qorunub saxlanmasında maraqlı olan bir partiya kimi, yaranmış hər hansı təhlükənin qarşısını almağın yollarından soz salıb.Hafiz Hacıyev partiyanın seçki ilə əlaqədar bütün rayon-təşkilatlarının səfərbər olmasının vacibliyini qeyd edib. O,rayon təşkilat üzvlərinin hansı məntəqədə fəaliyyət göstərməsini dəqiqləşdirməyi ,komisiyyada iştirak edən və təbliğat-təşviqat məsələlərində iştirak edən adamların say tərkibini müəyyənlişdirməyi tapşırib. Daha sonra rayon təşkilatlarına söz verilıb.Təşkilat sədrləri görülən işlər barədə məlumat . veriblər. Sonra Müasir Musavat Partiyasının Seçki Qərargahının yaradılması barədə qərar səsverməyə çıxarılıb.Qərar səs çoxluğu ilə qəbul edilib.Təyinatı yeni verilmiş təşkilat şöbə müdürü Rəsul Məmmədov isə qərargahın sədri vəzifəsinə təyin edilib. Seçki Qərargahının strukturu ,fərdi tərkibi .fəaliyyət istiqamətləri ilə əlaqədar təkliflərin hazırlanıb İdarə Heyətinə təqdim edilməsi Seçki Qərargahının sədrinə tapşırılıb.Bununla da toplantı oz işini başa çatdırıb

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA