?Region gənclərinin internet resurslarından səmərəli istifadəsi barədə maarifləndirmək? layihəsi

img

27-05-2013 [02:35]


;rbaycan Gənclər Fondunun maliyyə dəstəyi ?Demokratik Gənclər? İctimai Birliyi ?Region gənclərinin internet resurslarından səmərəli istifadəsi barədə maarifləndirmək? layihəsi çərçivəsində 25 may tarixində Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbdə Sumqayıtda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin gənc müəllimləri, müxtəlif gənclər təşkilatlarının üzvləri üçün, gənclərin Sosial Servislər sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı treninq keçirib. Treninq çərçivəsində gənclər internetin imkanlarından daha səmərəli istifadə yolları, maraqlı təhsil yönümlü internet resursları haqqında məlumatlar alıblar. Təlimi yeni mediya və sosial servislər sahəsində ekspert/təlimçi olan Ramil Süleymanov aparmışdır. Treninqlər zamanı gənclərə interaktiv mühitdə animoto, photopeach stadyladder, blogger, youtube, google və sairə maraqlı sosial servislərin imkanları barədə maraqlı məlumatlar verilmişdir.Gənclər fərdi şəkildə bu sosial servislərin imkanlarından istifadə edərək, maraqlı resurslar hazırlamışlar. Eyni zamanda treninq iştirakçılarına mövzu ilə bağlı müxtəlif elektron və çap materialları paylanılmışdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR