?QARABAğ? xüsusi buraxılızı-elmi məqalələr toplusunun təqdimatı keçirilib

img

23-05-2013 [01:51]


Bu gün ?Beynəlxalq Mətbuat Mərkəzində? Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi və ?Gənclərin Elmi Araşdırmalarına Dəstək? İctimai Birliyinin təşəbbüsü ilə Türkiyənin Fırat Universiteti ?Orta Doğu Araşdırmaları Mərkəzi?nin Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə müştərək hazırladıqları ?QARABAĞ? xüsusi buraxılışı-elmi məqalələr toplusunun təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan "Gənclərin Elmi Araşdırmalarına Dəstək" İctimai Birliyinin sədri dosent Məmmədəli Babaşlı qeyd etdi ki, son dövrlər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında ideoloji vasitə kimi təbliğat materiallarından səmərəli istifadə olunur. Məhz buna görə, dünyanın müxtəlif ölkələrində Qarabağ həqiqətlərinin tanıdılması ilə bağlı müxtəlif silsilə tədbirlər keçirilir və xarici ölkələrin nüfuzlu media orqanlarında Azərbaycan həqiqətləri çap olunur. Bu istiqamətdə aparılan dövlət siyasətinin tərkib hissəsi kimi ?GEAD? İctimai Birliyi də Qarabağ həqiqətlərinin hüquqi, siyasi, sosial-iqtisadi və psixoloji aspektdən elmi tədqiqatlar müstəvisində təhlil olunmasını zəruri hesab edərək, ?QARABAĞ? xüsusi buraxılışı-məqalələr toplusunun hazırlanmasını əhəmiyyətli hesab etmişdir. İctimai Birliyin sədri öz çıxışında Qarabağ həqiqətlərinin elmi tədqiqatlar mövzusuna çevrilməsini, gənc alimlərin bu sahədə olan elmi tədqiqatlara istiqamətləndirilməsinin əhəmiyyətini vurğuladı. Konfransda Millət vəkilləri, AMEA-nın müxtəlif institutlarının, ali məktəblərin, müvafiq dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının və digər təşkilatların nümayəndələri də iştirak etmişlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:33 27.04.2025

Sabah yağış yağacaq