?Fənərbaxça? ?Trabzonspor?u yendi, kuboku aldı

img

23-05-2013 [11:19]


iyə kubokunun finalında ?Fənərbaxça? ilə ?Trabzonspor? üz-üzə gəlib. ?Ankara 19 may? stadionunda baş tutan oyuna İstanbul klubu surətlə başlayıb. Baş məşqçi Aykut Kocamanın yetirmələri matçın 9-cu dəqiqəsində Mussa Sou ilə hesabı açıb. Fasiləyə qədər tərəflər bir neçə dəfə qol vurmağa yaxın olublar, lakin ilk hissə bu hesabla başa çatıb. Hesabda geri olan Qara dəniz təmsilçisi ikinci yarıda hücumlarının kəsərini daha da artırıb. Amma buna baxmayaraq, görüşün nəticəsini dəyişməyi bacarmayıblar və qarşılaşma ?Fənərbaxça?nın minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Bununla da ?Fənərbaxça? ardıcıl 2-ci dəfə Türkiyə kubokuna sahib olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA