Mourinyoya qarzı qiyamın əsl səbəbləri açıqlandı: "Ya mən, ya o..."

img

22-05-2013 [01:50]


Klub prezidenti Florentino Peresin Mourinyonu istefaya göndərmələri ilə əlaqədar bugünlərdə keçiridiyi mətbuat konfransından əvvəl başda İker Kasilyas olmaqla komandanın bir çox futbolçusu rəhbərliyə şikayət edib. Qeyd edək ki, Mourinyodan narazılıq Kasilyasın ehtiyata göndərilməsindən sonra daha da böyümüşdü. Futbolçular çox sərt formada portuqaliyalının istefaya göndərilməsini tələb ediblər. İker Kasilyas isə açıq şəkildə bəyan edib ki, komandada ya o qalmalıdır, ya da Mourinyo. Qeyd edək ki, İker Kasilyasla yanaşı Mourinyodan əsas narazılar arasında Serxio Ramos, Kərim Benzema, Pepe, Məsut Özil, Qonsalo İquain, Xose Kalyexon, hətta baş məşqçinin sevimli oyunçusu Anxel di Mariya da olub. Məşqçiyə dəstək verənlər arasında isə Maykl Esyen, Xabi Alonso, Fabio Koentrao və Dieqo Lopesin olduğu bildirilir. Mourinyo ilə münasibətləri bərpa edən Kriştiano Ronaldo isə açıq şəkildə həmyerlisinə qarşı qiyam qaldıranlar arasında olmasa da, onun tərəfini də tutmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA