icra bazçısı ilə iz adamının "zərəf və ləyaqət"lə bağlı yeni məhkəməsi bazlayır

img

21-05-2013 [06:17]


İyunun 14-də Ali Məhkəmədə İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin ?şərəf və ləyaqətini təhqir?lə bağlı Samux rayonunda yerləşən ?Samir İstehsal? MMC-nin direktoru, iş adamı Nəzərov Nəsirulla Cəfər oğluna qarşı qaldırdığı 30 minlik iddiaya baxılacaq. Mia.az xəbər verir ki, bunu Vətəninfo.az-a açıqlamasında iş adamı deyib. O, ?Vilyam Hacıyev Samux rayonunun icra başçısı olduğu dövrdə rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdi və Samux rayon məhkəməsi də icra başçısının iddiasını təmin edərək məni 30 min manat cərimələmişdi. Eyni zamanda ?Gündəm xəbər? qəzetini də 5 min manat cərimələmişdi. Bizim apellyasiya şikayətimiz müəyyən qədər yubandığından, biz vaxtın bərpası və işin Apellyasiya Məhkəməsində davamı üçün Ali Məhkəməyə müraciət etmişdik. İyunun 14-də bununla bağlı məhkəmə keçiriləcək?, - deyərək, əlavə edib ki, Vilyam Hacıyevlə aralarında 491 min manatlıq borc var.

Digər xəbərlər
SON XƏBƏRLƏR